Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:16

İran akademikin “etiraf”ını yayıb


Brüsseldəki İran səfirliyi qarşısında Ahmadreza Djalali-yə dəstək aksiyasından foto

İran dövlət televiziyası casusluq ittihamıyla ölümə məhkum edilmiş iranlı-isveçli akademikin “etiraf”ı adlandırdığı videonu yayıb.

Dekabrın 17-də yayılmış videoda Stokholmun Karolinska İnstitutunun tədqiqatçısı Ahmadreza Djalali xarici kəşfiyyat xidmətinə iranlı nüvə alimləri haqda informasiya ötürdüyünü boynuna alır. Həmin alimlər sonradan edam olunub.

46 yaşlı Djalali ötən ilin aprelində həbs olunub, ona casusluq ittihamı verilib. O, daha öncə ittihamları rədd edirdi.

*** Buna da bax: İran nüvə 'casus'unu həbs edib

MOSSAD AGENTLƏRİYLƏ GÖRÜŞDÜYÜ İDDİA OLUNUR

17 dəqiqəlik videoda Djalali deyir ki, özünü “Thomas” kimi təqdim edən bir nəfər ona yaxınlaşaraq iş təklif edib. O zaman alim bir Avropa ölkəsində tədqiqat aparırmış.

Djalali daha sonra bu şəxsin onu həmin ölkənin kəşfiyyat xidmətinə cəlb etdiyini, ona həmin ölkənin vətəndaşlığını vəd etdiyini söyləyib.

Amnesty International beynəlxalq insan haqları təşkilatı dekabrın 12-də bildirib ki, Djalali-yə qarşı hökmdə onun İsrail hökumətiylə işlədiyi bildirilib.

Videonun mətnində deyilir ki, Djalali İsrailin Mossad agentləri üçün fizik Masoud Ali Mohammadi və nüvə alimi Majid Shariari barədə informasiya toplayıb. Onların hər ikisi 2010-cu ildə edam olunublar. Videoda Djalali-nin iddia olunan agentlərlə 50 dəfədən çox görüşdüyü, hər dəfə 2 min avro aldığı qeyd edilir.

İran hakimiyyəti bunu İsrailin Tehranın nüvə proqramına qarşı sabotaj cəhdinin bir hissəsi adlandırıb.

Djalali həm də İranın Müdafiə Nazirliyi ilə işlədiyini deyib. Onun sözlərinə görə, əməkdaşlıq etdiyi xarici kəşfiyyat əməkdaşları onu hədələyiblər ki, əməkdaşlığı dayandırarsa, onun gizli fəaliyyətini açıqlayarlar.

*** Buna da bax: İran amerikalı tələbəni buraxmadı​

“ÖLÜM CƏZASINI PİSLƏYİRİK”

İran Ali Məhkəməsi bu ay Djalali-yə qarşı ölüm cəzasını qüvvədə saxlayıb.

İlkin instansiya məhkəməsi oktyabrın 24-də hökm çıxaranda İsveç etirazını bildirib, məsələni İranla Stokholm və Tehranda müzakirə etdiyini vurğulayıb.

Ölüm hökmünün istənilən formada istifadəsini pisləyirik. Ölüm cəzası qeyri-insani, qəddar, müasir hüquqda yeri olmayan cəzadır”, – İsveçin xarici işlər naziri Margot Wallstrom deyib.

Digər insan haqları qrupları da Djalali-nin həbsini pisləyib, bu halı İranda ikili vətəndaşlığı olanların və əcnəbilərin gərəkən prosedur olmadan saxlanmasının davamı adlandırıblar.

Nature dərgisi yazır ki, Djalali xəstəxanaların silahlı terrorçuluq, radioloji, kimyəvi və bioloji təhdidlərə reaksiyasını təkmilləşdirmək üzərində işləyir. Medianın məlumatına görə, o, İsveçdə daimi yaşayış izni olan İran vətəndaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG