Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:25

2015-ci ildə İranın nüvə sazişiylə bağlı danışıqlar aparmış şəxslərdən biri casusluq ittihamıyla beşillik həbsə məhkum edilib.

Xəbəri oktyabrın 4-də «Tasnim» informasiya agentliyi yayıb. Məhkumun adı açıqlanmasa da, ittiham irəli sürülmüş şəxsin İran-Kanada vətəndaşı Abdolrasoul Dorri Esfahani-nin olduğu bəllidir.

«Tasnim» agentliyinin İranın İslam İnqilab Keşikçiləri Qvardiyasına yaxın olduğu bildirilir.

Kanada hökumətinin sözçüsü detallara varmadan deyib ki, rəsmilər «İranda ikili vətəndaşlığı olan şəxsin həbsindən xəbərdardırlar».

Dorri Esfahani 2015-ci ildə imzalanmış nüvə sazişinin bank məsələləriylə məşğul idi. O, 2016-ci ilin avqustunda saxlanıb. Məlumatlara görə, «ölkənin iqtisadi bilgilərini əcnəbilərə satmaqda» şübhəli bilinib. O, ittihamları rədd edib və girovla buraxılmışdı.

Nüvə sazişi İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində Tehrana sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

İran ikili vətəndaşlığı tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG