Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:42

Sürgünün 72 ili


Şövqünaz Aslanova
Şövqünaz Aslanova

«Yadımdadır, bizi heyvan daşınan vaqonlara mindirmişdilər. Demişdilər ki, sizi yaxşı ölkələrə göndəririk. Qatarla 15 gün yol gəldik. Yolda ölənləri elə düşüb, yuyub eləmədən torpağa basdırıb yolumuza davam edirdik. Sonra da camaatın yarısını Özbəkistana, yarısını Qazaxıstana gətirdilər. Biz Qazaxıstana gəldik».
86 yaşlı Şövqünaz Aslanova 1944-cü ilin 14 noyabrını belə xatırlayır. Üstündən 72 il keçsə də, o acı gün, doğma vətəni – Gürcüstanın Ahısqa bölgəsindəki Varxan kəndindən sürgün olunduğu gün yaddaşından silinmir. Deyir, sonrakı illəri xatırlamır: «10 ildən sonra Özbəkistana, oradan da Azərbaycana gəldik. Sağ olsun Azərbaycanı, bizə çox hörmət elədi».

Şövqünaz Aslanova: 'Gedib evimizi gördüm, orda gürcülər yaşayırdı. Öz vətənimdə yaşamaq istəyərəm...'
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

BU VARXANDAN O VARXANA QONAQ KİMİ GEDİB

Şövqünaz Aslanova 1958-ci ildə sürgündə olan bir çox Ahısqa türkü kimi, ailəsi ilə Azərbaycana gəlib. Saatlının Varxan kəndində yaşayır. Buraya da Gürcüstandakı kəndlərinin adını veriblər. 14 yaşında tərk elədiyi doğma Varxan kəndinəsə 1998-ci ildə qonaq kimi gedib: «Gedib evimizi gördüm, orda gürcülər yaşayırdı. Öz vətənimdə yaşamaq istəyərəm, ancaq bizim camaatdan orda heç kim yoxdur, axı».

Ayişə Mürsəlova
Ayişə Mürsəlova

«HƏMİN GÜN ANAM EVƏ AĞLAYA-AĞLAYA GƏLMİŞDİ»

Saatlı rayonunun Varxan kəndinin yaşlı sakinləri sürgündə doğulub böyüyüblər. 1944-cü ilin 14 noyabr günü barədə atalarından, babalarından eşitdiklərini acı-acı xatırlayırlar. 75 yaşlı Ayişə Mürsəlova anasından eşitdiklərini unuda bilmir: «Onda çox kiçik olmuşuq. Anam sonradan danışırdı ki, həmin gün onları iclasa çağırıbmışlar. Deyibmişlər ki, iki saat ərzində sizi Orta Asiyaya köçürürük. Bir o yadıma gəlir ki, həmin gün anam evə ağlaya-ağlaya gəlmişdi. Evdə ər yox, bir böyük uşaq yox... Bir qardaşı varmış, o da müharibədə. Evdə altı körpə uşaqla neyləsin? Ağlaya-ağlaya yol üçün çörək bişirdi. Evdə qarğıdalı vardı. Bizi çıxarmağa hər evə iki əsgər vermişdilər. O əsgərlər də anama kömək elədi, qarğıdalını dənələyib kisəyə yığdılar. Əsgərlər o kisələri də götürüb bizi vaqonlara doldurdular. Orta Asiyaya sürgünə gəldik. Ev yox, eşik yox. Camaatın çoxu soyuqdan qırılıb öldü. Sonra da 10 adamı bu kəndə, 15 adamı o kəndə göndərdilər».

Ayişə Mürsəlova: 'Orta Asiyaya sürgünə gəldik. Ev yox, eşik yox. Camaatın çoxu soyuqdan qırılıb öldü'
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

50-ci illərin sonundan Saatlıda yaşayan Ayişə nənə 90-cı illərdə xatırlamadığı doğma kəndinə gəzməyə gedib: «Getdim evimizi gördüm, o torpağın suyundan içdim. Evlərimizdə gürcülər yaşayır. Dedilər, «burda gəlib yaşamaq istəyərsiz?». Dedim, «əlbəttə, kim vətənində yaşamaq istəməz?». Ondan sonra getməmişəm».

Zərinə nənə
Zərinə nənə

«VƏTƏNİMİ GÖRMƏK İSTƏYİRƏM»

Zərinə nənəsə deyir ki, uşaqlıqda çıxdığı yerləri hələ gedib görə bilməyib. Arzusu bir gün oralara baş çəkməkdir: «Atam, anam danışırdı ki, vətəndən sürgün olunanda onları vaqonlara mindirib deyiblər ki, «sizi aparırıq, bir-iki saatdan sonra yenə gətirəcəyik». Hər şeyləri – evləri, evlərindəki əşyaları, anbardakı taxılları, mal-heyvanları orda qalıbmış. Biz Özbəkistanda yaşamışıq, 1959-cu ildə də bura gəlmişik. O vaxtdan burda yaşamışam, Gürcüstana heç getməmişəm. Ancaq gedib görmək istəyirəm, vətənimdir, axı».

Zərinə nənə: 'Gürcüstana heç getməmişəm. Ancaq gedib görmək istəyirəm, vətənimdir, axı'
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Zərinə nənə deyir ki, yaşlılar artıq bura öyrəşiblər. Cavanlarsa işsizlikdən Azərbaycanda qalmaq istəmir: «Çünki dolana bilmirlər, iş-güc yoxdur. Cavanlar hamısı Türkiyəyə gedirlər, orda işləyirlər».

«İQTİSADİ YARDIM YOXDUR»

Ahısqa türklərindən yeni nəslin nümayəndəsi, 41 yaşlı Bəxtiyar Ruzmanlı doğma yerlərində yaşamaq istədiyini söyləyir. Bir neçə dəfə ora gəzməyə də gedib. Ancaq deyir, tam köçüb getməyə şərtlər imkan vermir:

Ahısqa ailəsi
Ahısqa ailəsi

«Öz kəndimizdə – Ahısqa bölgəsinin Abasduvani kəndində olmuşam. Elə bir hüququmuz yoxdur ki, gedib orda özbaşına yaşayaq. İki dəfə öz maliyyə imkanlarımla kəndimizə gəzməyə getmişəm. Orda babamı tanıyan adamları da gördüm. Gedib orda yaşamaq istəyərdim. Düzdür, Azərbaycanda doğulmuşam, burda orduya getmişəm, bu vətənimi də çox sevirəm. Ancaq vətən vətəndir, hər şeydən əvvəl ayağının altı güclü olur. Atamın əmisi oğlanları qonşu kənddəki evlərini satıb gediblər. İndi Gürcüstan tərəfdən deyirlər ki, öz hesabınıza gələ bilərsiniz. Ancaq buna imkanımız yoxdur. Bizim «Vətən» Cəmiyyəti öz torpaqlarımıza köçürülməklə bağlı işlər görür, Gürcüstanla bu haqda danışıqlar aparılır, ancaq bir nəticə yoxdur».

Bəxtiyar Ruzmanlı: 'Elə bir hüququmuz yoxdur ki, gedib orda özbaşına yaşayaq...'
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Saatlı rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini, özü də Ahısqa türklərindən olan Ənvər Sərvərov də deyir ki, Gürcüstana qayıtmaq problem olmasa da, şərtlər camaata əl vermir: «Azərbaycan bizim üçün hər şey edib. Torpaqlar verilib, əkib-becəririk, işıq, qaz, yol, hər şey var. Gürcüstana gəldikdə, əvvəllər Gürcüstan bizi yaxın buraxmırdı. Ancaq indi icazə verirlər. 2010-dan sonra bizə deyirlər, «gəlin». Amma iqtisadi yardım yoxdur. Bizim camaat da deyir ki, oradan çıxanda mal-qara, ev qoyub çıxmışıq, kömək edin, ev tikək, deyirlər, «edə bilmərik». 1957-58-ci, ta 70-ci illərədək Azərbaycan bizə burda ev tikib. Bu ölkəyə həmişə «çox sağ ol» demişik».

Ənvər Sərvərov: '2010-dan sonra bizə deyirlər, 'gəlin'. Amma iqtisadi yardım yoxdur'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

1989-cu ildə Ahısqa türklərinin ikinci deportasiyası başlandı. Özbəkistandan.
1989-cu ildə Ahısqa türklərinin ikinci deportasiyası başlandı. Özbəkistandan.

KÖÇMƏK İSTƏYƏNLƏR ÇOXDUR, ŞƏRAİT YOXDUR

Azərbaycandakı Ahısqa türklərini birləşdirən «Vətən» Cəmiyyətinin sədri İbrahim Məmmədov da tarixi torpaqlara köç etmək istəyənlərin çox olduğunu, amma onlara maddi dəstək göstərilmədiyini deyir: «2007-ci il iyulun 11-də Gürcüstan geri, vətənə köç barəsində qanun qəbul edib. Qanunda göstərilmişdi ki, bu sənəd 2009-cu ilin dekabrına qədər keçərlidir. Həmin qısa müddətdə 13 min 586 ailənin sənədlərini toplaya bildik. Qanunda o da yazılmışdı ki, Gürcüstana köç etmək istəyənlərin müraciətləri ingilis, gürcü dilinə tərcümə olunmalıydı. Müddətin azlığından yalnız 5 min 528 ailənin sənədlərini tərcümə eləyib Gürcüstana verə bildik. 2011-2012-ci illərdə artıq Gürcüstan Ahısqa türklərinə geri dönməyə repatriant statusu verdi. Həmin müddətdən bu günədək 1600-ə yaxın şəxs repatriant statusu, onlardan da 497 nəfəri Gürcüstan vətəndaşlığı alıb».

İbrahim Məmmədov: '2011-2012-ci illərdə artıq Gürcüstan Ahısqa türklərinə geri dönməyə repatriant statusu verdi'
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

İbrahim Məmmədov deyir ki, bu il daha 15 ailə Gürcüstana köçüb. Yenə də köçmək istəyənlər çoxdur: «Amma problem ondadır ki, köç edənlər evlə təmin olunmur, onlara heç bir maddi dəstək göstərilmir. Burdakı evləri də sata bilmirlər. Yəni getmək istəyənlər çox olsa da, imkan yoxdur. Gürcüstan, sadəcə, ev almağa icazə verir. Heç olmasa, torpaq verilsə, özümüz ev tikib 50-60 evlik kəndlər sala bilərdik».

İbrahim Məmmədovun sözlərinə görə, bir neçə il öncəyə qədər Gürcüstan hökuməti Ahısqa türklərinə sürgün olunduqları yerlərdən yox, başqa yerlərdən ev almağa icazə verirmiş, indi bu yasaq da aradan qaldırılıb.
1944-cü il noyabrın 14-də Stalin-in əmri, SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə 90 mindən artıq Ahısqa türkü məcburi şəkildə tarixi vətənlərindən – Gürcüstandan Qazaxıstana, Özbəkistana və Qırğızıstana köçürülüb. 2007-ci ildə Gürcüstan Avropa Şurasına üzv seçiləndə öz vətənlərindən sürgün edilən Ahısqa türklərinin geri qayıtması ilə bağlı öhdəlik götürüb.

Sürgünün 72 ili
Gözlə
Embed

No media source currently available

0:00 0:01:13 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG