Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:23

«Ağdaş dairəsindən lider namizəd YAP-ın təmsilçisi olub»


MSK sədri Məzahir Pənahov
MSK sədri Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsini açıqlayıb.

AZƏRTAC-ın xəbərinə görə, M. Pənahov deyib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə bütün seçki məntəqələri (40 seçki məntəqəsi) hesabat verib.

Onun bildirməsinə görə, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə lider namizəd 85,56 faiz səslə Yeni Azərbaycan Partiyasının təmsilçisi Cavid Osmanov olub. İkinci yerdə qərarlaşan Ümid Partiyasının namizədi İqbal Ağazadə 7,84 faiz səs toplayıb.

Hələ seçki başa çatmamış Ümid partiyasının sədri İqbal Ağazadə demişdi ki, səsvermə zamanı «karusel» əməliyyatından istifadə edilir. Bir namizəd bir neçə məntəqədə səs verir. Üstəlik, bəzi məntəqələrdə onların müşahidəçilərinə təzyiqlər olub.

Seçkidə deputat mandatı uğrunda 7 namizəd mübarizə aparırdı. Yeni Azərbaycan Partiyasından Cavid Osmanov, Ümid Partiyasının sədri İqbal Ağazadə və daha 5 bitərəf namizəd. Bitərəflər - Rəşad Abdullayev, Elmir Gözəlov, Rəşid Gözəlov, Əli Haqverdiyev və Anar İbrahimli idi.

MSK bildirir ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə seçici fəallığı 57,9 faiz olub. Qeydiyyatda olan 40.203 seçicidən 23.292 seçici səs verib.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilmişdi. Milli Şura və Müsavat partiyasının boykot etdiyi həmin seçkilərdə deputat mandatlarının təqribən 70 faizini hakim yeni Azərbaycan Partiyası qazanmışdı.

XS
SM
MD
LG