Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:45

Vəkil: 'Əfqan Muxtarlının şəkəri yüksəlib'


Əfqan Muxtarlı

Bu gün, iyunun 23-ü Bakı Apellyasiya Məhkəməsi jurnalist Əfqan Muxtarlının şikayətini təmin etməyib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Şikayət Əfqan Muxtarlı barəsində çıxarılan 48 saat ərzində tutma qərarı ilə bağlı idi. Müdafiə tərəfi qərarı qanunsuz sayır.

Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov baxıb.

Vəkilin bildirdiyinə görə, məhkəmə onların arqumentlərini qəbul etməyib. Aşağı məhkəmənin qərarı qüvvədə saxlanılıb.

Buna da bax:​ Vəkil: ‘Əfqan Muxtarlının ürəyində ağrılar var’

Əfqan Muxtarlı barəsində çıxarılan 48 saat ərzində tutma qərarından bundan öncə Səbail rayon Məhkəməsinə şikayət edilmişdi. Ancaq həmin məhkəmə iyunun 16-da şikayəti təmin etməmişdi.

Vəkil Elçin Sadıqov açıqlamasında həmçinin, həbsdəki jurnalistin səhhətində problemlərin olduğunu bildirib.

“Həkimlər təcridxanada Ə.Muxtarlının şəkərini yoxlayıb. Onlar rəy veriblər ki, jurnalistin şəkəri çox yüksəlib və təhlükəli həddədir. Həkimlər resept də yazıblar. Ancaq təcridxanada Ə.Muxtarlı dərmanla təmin edilməyib”, - vəkil deyib.

İndiyə kimi jurnalistin dərmanla təmin edilməməsinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: RSF: 'Azərbaycanda olan-qalan tənqidi jurnalistlər də əzilir'

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, rəsmi qurumların açıqlamasına görə, jurnalist saxlanarkən hüquq mühafizə orqanları əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Buna da bax:​ AŞPA məruzəçisi: 'Əfqan Muxtarlı azad edilməlidir'

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG