Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:30

Gürcüstan prezidenti Muxtarlının xanımını qəbul edib


Görüşdə Leyla Mustafayeva, onun vəkili Archil Chopikashvili və Gürcüstana müvəqqəti sığınmış siyasi fəal Daşqın Ağalarlı iştirak edib.
Görüşdə Leyla Mustafayeva, onun vəkili Archil Chopikashvili və Gürcüstana müvəqqəti sığınmış siyasi fəal Daşqın Ağalarlı iştirak edib.

Bu gün, iyunun 27-də saat 15:00-da Gürcüstan prezidenti Giorgi Margvelashvili həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımını Leyla Mustafayevanı qəbul edib.

Görüşdə Leyla Mustafayeva, onun vəkili Archil Chopikashvili və Gürcüstana müvəqqəti sığınmış siyasi fəal Daşqın Ağalarlı iştirak edib.

Buna da bax:​ Gürcüstan Muxtarlının cinayət işi materiallarını istəyir

Archil Chopikashvili, Leyla Mustafaeva və Daşqın Ağalarlı
Archil Chopikashvili, Leyla Mustafaeva və Daşqın Ağalarlı

Xanımı: 'Əfqan Muxtarlının məsələsi Gürcüstan cəmiyyətindən asılıdır'

Görüşə Gürcüstan prezidenti ilə yanaşı onun mətbuat katibi Anna Dolidze, ölkə parlamentinin katibi Eka Mishveladze də qatılıb.

Görüşlə bağlı AzadlıqRadiosu-na danışan Daşqın Ağalarlı Əfqan Muxtarlı işinin bütün detallarının diqqət mərkəzində olduğunu bildirib.

Onun sözlərinə görə, Gürcüstan prezidenti Giorgi Margvelashvili jurnalistin işi ilə bağlı detallarınadək bilgilidir.

“Əslində, prezident daha öncə qəbul edəcəkdi. Ancaq Leyla Mustafayeva xaricə səfər etdiyindən görüş bu gün baş tutdu”, – deyən D.Ağalarlının sözlərinə görə, Gürcüstanın prezident sarayında səmimi ortamda müzakirələr olub.

Buna da bax: Xanımı: 'Əfqan Muxtarlının məsələsi Gürcüstan cəmiyyətindən asılıdır'

Leyla Mustafayeva və Daşqın Ağalarlı, 27 iyun 2017
Leyla Mustafayeva və Daşqın Ağalarlı, 27 iyun 2017

“Leyla Mustafayev göstərdiyi sağlam mövqeyinə görə, Gürcüstan prezidentinə həm özünün, həm də Əfqan Muxtarlının təşəkkürlərini çatdırdı. Biz bu işlə bağlı hüquqi tələblərimizi və istəklərimizi cənab prezidentə çatdırdıq. Ona bizim üçün maraqlı olan bütün suallarımızı ünvanlamaq imkanımız oldu. İki ölkədə aparılan istintaqla əlaqəli suallarımızın hər birinə Gürcüstan prezidenti detallı cavab verdi”, – D.Ağalarlı bildirib.

Xanımı bir ay sonra Əfqan Muxtarlı ilə telefonla danışıb

Ə.Muxtarlının həyat yoldaşı isə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstanın hüquq mühafizə qurumlarının apardığı araşdırmalarla bağlı narahatlığını şəxsən prezidentə çatdırıb.

Buna da bax:​ Vəkil: ‘Əfqan Muxtarlının ürəyində ağrılar var’

O, həmçinin, həyat yoldaşı ilə həbs edildikdən sonra yalnız bu gün, iyunun 27-də telefonla danışa bildiyini söyləyib.

Görüşə Gürcüstan prezidenti ilə yanaşı onun mətbuat katibi Anna Dolidze, ölkə parlamentinin katibi Eka Mishveladze də qatılıb.
Görüşə Gürcüstan prezidenti ilə yanaşı onun mətbuat katibi Anna Dolidze, ölkə parlamentinin katibi Eka Mishveladze də qatılıb.

“Bir ay sonra, bu gün prezidentlə görüşdən əvvəl Əfqanla telefonla danışa bildim. O, səhər həbsxanadan telefonla məni aradı. Telefonda “hər şey yaxşı olacaq” söylədi. Ailəmizin durumu ilə maraqlandı”, – deyən L.Mustafayeva həyat yoldaşının sağlıq durumundan narahat olduğunu vurğulayıb.

“O, Gürcüstandan qaçırılmazdan əvvəl sağlıq problemi yaşayırdı. İndi də azı həmin vəziyyətdədir”, – Leyla Mustafayeva bildirib.

Gürcüstan prezidenti Əfqan Muxtarlının işini davamlı diqqətdə saxlayacaq

Giorgi Margvelashvili-nin Əfqan Muxtarlının xanımını qəbul etməsi barədə Gürcüstanın prezident sarayı da məlumat yayıb.

Buna da bax:​ Əfqan Muxtarlı işi üzrə Tbilisidə 200 nəfər dindirilib

Məlumatda görüşdə həbsdəki jurnalistin işinin müzakirə olunması barədə ümumi bilgi verilir. Vurğulanır ki, Gürcüstan prezidenti Əfqan Muxtarlının işini davamlı olaraq diqqətdə saxlayacaq və bütün məlumatlara açıq olacaq.

Gürcüstan prezidenti Giorgi Margvelashvili Ə.Muxtarlı həbs olunduğu günlərdə mətbuata açıqlamasında jurnalistlə bağlı baş verənləri ölkəsinin suverenliyi və təhlükəsizliyinə təhdid adlandırmışdı. Baş nazir və daxili işlər naziri isə bu məsələdə Gürcüstan hüquq-mühafizə orqanlarının iştirakını istisna edərək, istintaqın başa çatmasını gözləməyi məsləhət bilmişdi.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Buna da bax:​ Dövlət Sərhəd Xidməti: '10 min avronu bir neçə dəfə sayıblar...'

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, onların bildirməsinə görə, jurnalist saxlanarkən hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Buna da bax:​ Daşqın Ağalarlı: 'Bu boyda iki hadisəni heç vaxt üst-üstə törətməzlər'

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG