Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 17:37

ABŞ Senatı 886 milyard dollarlıq rekord müdafiə büdcəsini dəstəklədi


ABŞ Senatı ölkənin oktyabrın 1-dən başlamış cari maliyyə ili üçün müdafiə siyasəti haqqında qanununu dəstəkləyib.

Bu qanun cari maliyyə ilində müdafiə üçün rekord 886 milyard dollarlıq büdcə ayrılmasını nəzərdə tutur.

Xəbər verilir ki, qəbul edilmiş büdcə ötənilkindən 3 faiz çoxdur.

Bu büdcə sənədi hərbi qulluqçuların maaşlarının 5.2 faiz artırılmasını nəzərdə tutur ki, bu da son 20 ildən çox müddətdə ən böyük artımdır.

İkipartiyalı dəstək

AzadlıqRadiosu yazır ki, büdcə layihəsi həm demokratların, həm də respublikaçıların əhəmiyyətli dəstəyi nəticəsində qəbul olunub.

Reuters bildirir ki, senatorlar sosial məsələrdə bu prosesi tormozlya biləcək bir sıra fikir ayrılıqlarını aşa biliblər.

Nümayəndələr Palatasının bu büdcəni gələn həftə qəbul edəcəyi və bundan sonra sənədin imzalanmaq üçün prezident Co Baydenə təqdim olunacağı gözlənilir.

Büdcədə göstərilən xərcləmələr arasında yeni gəmilərin, sursatların və təyyarələrin alınmasına dair bəndlər var.

Ukraynaya yardımlar məsələsi

Bu sənəddə habelə Çinin Hind-Sakit okean hövzəsində cilovlanması və Ukraynaya yardımlar üçün də xərclər nəzərdə tutulub.

Məsələn büdcə sənədində Ukraynanın Təhlükəsizliyinə Dəstək Təşəbbüsünün 2026-cı ilin sonunadək uzadılacağı və bu məqsədlə Kiyevə 300 milyon dollar veriləcəyi qeyd olunub.

Bu, əlbəttə Bayden administrasiyasının Ukraynaya yardım üçün istəydiyi 61 milyard dollarla müqayisədə kiçik rəqəmdir.

Ukraynaya yardıma dair Ağ Evin müraciətinə respublikaçı millət vəkillərinin mövqeyinə görə hələki cavab verilməyib.

Respublikaçılar Ukraynaya çoxmilyardlıq yardım paketinin qəbulunun müqabilində administrasiyadan miqyaslı antimiqrasiya islahatları gözləyirlər.

Ukrayna üzrə baş müfəttiş

Senatın qəbul etdiyi büdcə qanununda habelə “Ukrayna üzrə baş müfəttiş” vəzifəsinin yaradılması nəzərdə tutulur.

Bu müfəttiş Ukraynanın ABŞ vergiödəyəninin pullarını necə xərclədiyinə nəzarət edəcək.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri, respublikaçı Mayk Rocers büdcə qanununu dəstəkləyərkən deyib:

"Biz bu məsələyə nəzarəti (Ukraynaya yardımın necə xərclənməsinə nəzarəti-red) davam etdirəcəyik. Amma mən həmkarlarımı əmin etmək istərdim ki, indiyədək Ukraynaya verilən silahlardan və ya başqa yardımlardan təyinatı üzrə istifadə olunmamasına dair heç bir sübut yoxdur”.

XS
SM
MD
LG