Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Noyabr, Cümə, Bakı vaxtı 05:22

ABŞ Venesuellaya sanksiya tətbiq edə bilər


Venesuella, 30 iyul 2017

ABŞ hakimiyyəti Venesuellanın neft sənayesinə və bir neçə rəsmilərinə qarşı sanksiya tətbiq etmək niyətindədir. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentlik yazlr ki, sanksiyalar Venesuelada keçirilən yeni konstitusiya assambleyasının seçildiyi ziddiyyətli seçkiyə cavabdır. Bundan başqa, ABŞ prezidenti Donald Trump administrasiyası Amerika xam neftinin Venesuellaya çatdırılmasını qadağan edə bilər.

Seçkidən öncə Trump konstitusiya assambleyası toplanacağı halda Venesuela prezidenti Nicolas Maduro-nu ciddi iqtisadi tədbirlər həyata keçirəcəyi ilə hədələmişdi.

Venesuellada sözügedən seçki iyulun 30-da keçirilib. Müxalifət prezidentin öz səlahiyyətlərini artırmaq və müxalifətin üstünlük təşkil etdiyi parlamentin səlahiyyətlərini azaltmaq niyyətinə qarşıdır və ölkədə etiraz aksiyaları keçirilir. Müxalifət tələb edir ki, ölkədə siyasi azadlıqlar, fundamental insan haqları təmin olunsun, o cümlədən nəsillərin ərzaq məhsullarına və tibbi ləvazimatlara ehtiyacı ödənsin.

Seçkinin rəsmi nəticəsi hələ ki açıqlanmayıb .

Günün bütün mövzuları

XS
SM
MD
LG