Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

ABŞ Maduro rejiminə qarşı yeni sanksiyalar tətbiq etdi


PDVSA -Venesuela Dövlət Neft Şirkəti
PDVSA -Venesuela Dövlət Neft Şirkəti

ABŞ Venesuelada prezidentliyini qorumağa çalışan Nicolas Maduro rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.

Birləşmiş Ştattların ədliyyə naziri Stiven Mnuçin ( Steven Mnuchin) bildirib ki, söhbət, Venesuela dövlət neft-qaz şirkətinin (PDVSA) bundan əvvəl sanksiyalar siyahısına salınmış 34 tankerindən gedir.

Venesuela bu tankerlərlə xaricə neft ixrac edir.

Bundan başqa Kubaya neft ixrac edən iki şirkət və onlara məxsus tankerlərə qarşı sanksiya tətbiq edilib.

Stiven Mnuçin bu sanksiyalardan danışanda Maduro hökumətinin dəstəkləməsində Kubanın rolundan danışıb.

Qeyd edək ki, mxalifət lideri və parlamentin sədri Juan Guaidobu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

ABŞ, Kanada, bir sıra Latın Amerikası və Avropa Birliyi ölkələri isə Venesuela müxalifətinin lideri Juan Guaido-nun tərəfini saxlayır və onu Venesuelanın müvəqqəti legitim prezidenti kimi tanıyıblar.

Kuba, Rusiya, Çin, Türkiyə və bir qrup ölkələr Venesuela böhranında Maduro rejiminin tərəfini saxlayırlar.

Buna da bax: Venesuela paytaxtında yenə Rusiya təyyarələri peyda olub

Guaido bəyan edib ki, martın 6-da ölkədə “Azadlıq” əməliyyatının birinci mərhələsi kimi etirak aksiyalarına başlanacaq. Müxalifət dinc yolla Maduro rejiminin əlində olan əsas hədəfləri ələ keçirməyi planlaşdırır.

Həmçinin Maduronun tərəfdarları ayrıca aksiyalar planlaşdırırlar.

BMT-nin təhlükəsizlik şurası gələn həftə Venesueladakı siyasi və iqtisadi böhranı müzakirə etməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG