Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 10:27

ABŞ Venesuela müxalifətinə 40 milyon dollardan çox yardım göndərir


Venesuela müxalifətinin lideri Juan Guaido tərəfdarları arasında.
Venesuela müxalifətinin lideri Juan Guaido tərəfdarları arasında.

ABŞ Venesuela müxalifətinə 40 milyon dollardan çox yardım göndərəcək.

Bu barədə The Los Angeles Times qəzeti məlumat yayıb.

Həmin məbləğ, müxalifət lideri Juan Guaido-nun komandası üçün nəzərdə tutulur.

Bu vəsait, müxalifət qərargahının əməkdaşlarına maaş verilməsi, onların səfərlər etməsi, seminarlar keçirməsi, dmokratik quruculuq sahəsində təbliğat kampaniyaları aparmalarının maliyyələşdirilməsinə sərf olunacaq.

Qeyd edək ki, mxalifət lideri və parlamentin sədri Juan Guaido bu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

O gündən bu yana ölkədə kütləvi etiraz aksiyaları keçirilirdi, amma son vaxtlar bu aksiyaların səngidiyi müşahidə olunur.

ABŞ, əksər Latın Amerikası və bir çox Avropa Biurliyi ölkələri Guaidonu Venesuelanın müvəqqəti legitim prezidenti hesab edirlər.

Rusiya, İtan, Kuba və Türkiyə kimi ölkələrsə bu münaqişədə Venesuelada prezidentliyini qorumağa çalışan Maduronun tərəfini saxlayırlar.

Maduro ABŞ-ı bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

ABŞ indiyədək Maduro rejiminə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Buna da bax: Venesuela 40 milyon dollarlıq qızıl satıb, alıcı Türkiyə ola bilər

XS
SM
MD
LG