Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:59

2018-ci ildən bu yana Venesuelada 7 minə yaxın adam öldürülüb


Venesuelada etiraz aksiyası
Venesuelada etiraz aksiyası

2018-ci ildən bu yana Venesuelada keçirilmiş xüsusi əməliyyatlar nəticəsində azı 6,856 min adam öldürülüb.

Bu barədə BMT-nin insan haqları üzrə ali komisarı Michelle Bachelet-in hazırladığı hesabatda bildirilir.

Hesabata görə, həmin əməliyyatları hakimiyyətə sadiq silahlı qruplar və Venesuelanın xüsusi xidməti keçirib.

Michelle Bachelet-in sözlərinə görə, onların 5 min nəfərindən çoxu ötən il, 1500 nəfəri isə bu il öldürülüb.

Söhbət rəsmi rəqəmlərdən gedir.

Amma Venesuela hakimiyyəti hesabatı “açıq birtərəfli həqiqət” adlandırıb və bildirib ki, orda müxalifətin zorakı hərəkətlərindən danışılmır.

Hesabata görə Venesuelanın təhlükəsizlik xidməti daima işgəncələrə əl atır və təhlükə saydığı insanların hüquqlarını kobud şəkildə pozur. Onların əksəriyyəti müxalifət tərfdarlarıdır.

Michelle Bachelet prezident Maduro hakimiyyətini FAES adlı silahlı xüsusi xidməti buraxmağa çağırıb.

BMT-nin insan haqları üzrə ali komisarlığı bu xidməti, minlərlə insanı məhkəməsiz öldürməkdə və hakimiyyətə sadiq küçə dəstələrini silahlandırmaqda ittiham edir.

Buna da bax:Guaido ABŞ-dakı nümayəndəsinə Pentaqonla əlaqə qurmağı göstəriş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG