Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Guaido ABŞ-dakı nümayəndəsinə Pentaqonla əlaqə qurmağı göstəriş verib


Venesuela müxalifətinin lideri Juan Guaido
Venesuela müxalifətinin lideri Juan Guaido

Venesuela müxalifətinin lideri Juan Guaido ABŞ-dakı nümayəndəsinə Petaqon rəsmiləri ilə görüşməyi və Venesueladakı siyasi problemi həll etmək üçün əməkdaşlığın mümkünlüyünü müzakirə etməyi göstəriş verib.

Reutersin məlumatına görə, bunu mayın 11-də Guaidonun özü bəyan edib.

O, şənbə günü paytaxt Karakasda keçirilən ,oxminlik mitinqdə çıxış edərkən deyib ki, Pentaqonla birbaşa əlaqə yaratmaq üçün, öz nümayəndəsinə təcili ABŞ-ın cənub komandanlığının nümayəndələri ilə görüşməyi tapşırıb.

Guaido bir daha qeyd edib ki, Venesuelada prezidentliyini qorumağa çalışan Nicolas Maduroya təzyiqləri artıqmaq üçün bütün mümkün imkanlardan istifadə etmək fikrindədir.

Guaido həmçinin bildirib ki, Çin hakimiyyəti Venesueladakı siyasi böhrandan çıxmaq üçün ona mümkün addımlar təklif edib.

Buna da bax: Pompeo Lavrovla Venesuela barəsində danışıblar

Qeyd edək ki, müxalifət lideri və parlamentin sədri Juan Guaidobu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib və ABŞ, Kanada, bir çox Latın Amerikası və Avropa ölkələri onun legitimliyini qəbul edib.

Rusiya, Çin və Kuba kimi ölkələr isə bu münaqişədə Maduro rejiminin tərəfini saxlayırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG