Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:49

Pompeo Lavrovla Venesuela barəsində danışıblar


Rusiya xarici işlər naziri Sergei Lavrov (solda) və ABŞ dövlət katibi Mike Pompe
Rusiya xarici işlər naziri Sergei Lavrov (solda) və ABŞ dövlət katibi Mike Pompe

ABŞ dövlət katibi Mike Pompeo Rusiya xarici işlər naziri Sergei Lavrova deyib ki, Moskvanın Venesuelaya hərbi kontingent göndərməsi oradakı gərginliyi artırır və Vaşinqton buna “sakit baxa bilməyəcək”.

ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino deyib ki, martın 25-də Pompeo Lavrova zəng edib və ona region ölkələrinin Rusiyanın Venesuelada gərginlikləri qızışdırmasına biganə qala bilməyəcəklərini deyib”.

Pompeonun Lavrova zəngindən əvvəl Venesuela rəsmisi demişdi ki, Rusiya təyyarəsi ötən həftəsonu Karakasa enib və bu, iki ölkə arasında davam edən hərbi əməkdaşlığın bir hissəsidir.

İki Rusiya hərbi təyyarəsinin Venesuelaya gəlməsi hələlik müstəqil mənbələr tərəfindən təsdiq olunmur, lakin Rusiya prezidenti Vladimir Putinin Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan Maduroya dəstək verdiyi bəllidir.

Mike Pompeo təyyarələrlə bağlı iddialara dair deyib:

"Veneseuelada Nicolas Maduronun qanunsuz rejiminə dəstək verilməsi məqsədilə Rusiya hərbi heyətinin bu ölkəyə davamlı qaydada gətirilməsi keçid prezidenti Juan Guaido-nu çoxluqla dəstəkləyən Venesuala xalqının iztirablarını uzadır”.

Birləşmiş Ştatlar və onlarca başqa ölkə Venesuela müxalifətinin lideri Juan Guaido-nu dəstəkləyir. Guaido bildirir ki, Maduronun ötən il prezidentliyə təkrar seçilməsi saxtakalıq hesabına həyata keçirilib.

Bu arada Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Lavrov Pompeo ilə telefon söhbətində “Vaşinqtonun Venesuelada dövlət çevrilişi etmək cəhdlərindən” gileylənib.

Rusiya XİN-in bu barədə bəyanatında deyilir ki, belə hərəkətlər “BMT Nizamnaməsinə ziddir və suveren dövlətin daxili işlərinə üstüörtülü qarışılması kimi qiymətləndirilməlidir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG