Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:28

Venesuela 40 milyon dollarlıq qızıl satıb, alıcı Türkiyə ola bilər


Venesuelada prezidentliyini qorumağa laşıan Nicolas Maduro, qızıl külçələri nümayiş etdirir, 22 mart, 2018
Venesuelada prezidentliyini qorumağa laşıan Nicolas Maduro, qızıl külçələri nümayiş etdirir, 22 mart, 2018

Venesuela hakimiyyəti ehtiyat fondundan daha 40 milyon dollarlıq qızıl satıb.

Bu barədə Bloomberg agentliyi anonim mənbələrə istinadla xəbər verir.

Məlumata görə, prezident Nicolas Maduro rejimi ümumilikdə bu ilin aprelindən bu yana 24 tona yaxın qızıl sata bilib.

Yeni alıcılar barədə məlumat verilmir, amma Bloomberg hesab edir ki, bunlar Türkiyə və ya Birləşmiş Ərəb Əmirlikləri ola bilər.

Nəşrin məlumatına görə, hazırda Venesuelanın qızıl ehtiyatının ümumi dəyəri təxminən 8 milyard dollara düşüb ki, bu son 30 il ərzində ən pis göstəricidir.

Amma Venesuelanın mərkəzi bankı və digər hökumət rəsmiləri bu məlumatı şərh etməkdən imtina ediblər.

ABŞ ötən ilin payızından Venesuelaya qarşı sanksiyalar tətbiq edib ki, bu onun qızıl satışını məhdudlaşdırmalıdır.

Amma ölkə beynəlxalq bazarda qızıl satışını davam etdirir.

Venesuelanın qızıl depozitlərinin bir hissəsi xarici banklardadır.

İyunda Deutsche Bank-ın Menesuelaya məxsus 20 tona yaxın qızılı müsadirə etməsi barədə məlumat yayılmışdı.

İngiltərənin mərkəzi bankının da Venesuelaya 1 milyard dollarlıq qızılı qaytarmaqdan imtina etdiyi bildirilir.

Buna da bax: 2018-ci ildən bu yana Venesuelada 7 minə yaxın adam öldürülüb

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG