Keçid linkləri

2026, 27 Mart, Cümə, Bakı vaxtı 05:16
'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi

Canlı 'Axios': Pentaqon İrana qarşı növbəti addımlara hazırlaşır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

İsrail İranın nüvə obyektini vurduğunu deyir

İsrail ordusu Tehran yaxınlığında "Taleqan" kimi tanınan nüvə obyektini vurduğunu bildirir.

Ordu martın 12-də bəyanatında bildirib ki, Tehran bu obyektdən "məxfi "AMAD" layihəsi çərçivəsində qabaqcıl partlayıcı maddələr hazırlamaq və gizli təcrübələr aparmaq" üçün istifadə edirdi.

Ötən ilin iyununda ABŞ və İsrailin İranla 12 günlük müharibəsində də "Taleqan"ın hədəfə alındığı bildirilirdi.

Bir ay öncə Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu ərazidə yeni tikinti işlərinin başlandığını göstərən peyk görüntülərini yaymışdı.

İran rəsmiləri, mediası hələlik İsrailin açıqlamasını şərh etməyib.


Müctəba Xameneidən ilk açıqlama: 'Hörmüz boğazı bağlı qalmalıdır'

İranın ali lideri Müctəba Xamenei deyir ki, Hörmüz boğazı bağlı qalmalıdır. O, Hörmüzün düşmənə təzyiq aləti kimi bağlı qalmalı olduğunu vurğulayıb.

Martın 12-də İranın dövlət televiziyasında M.Xameneinin ali lider seçiləndən bəri ictimaiyyətə ilk müraciəti yayımlanıb. Müraciəti qadın aparıcı oxuyub.

Ali lider müraciətində onu da deyib ki, regiondakı ABŞ bazalarının hamısı dərhal bağlanmalıdır və bu bazalara hücum ediləcək.

O, Tehranın ABŞ və İsraildən kompensasiya tələb edəcəyini, bu alınmasa, onların aktivlərini dağıdacağını söyləyib.


İrana bağlı hakerlər Amerika şirkətinə hücum edib

"Handala" haker qrupu ABŞ-də tibbi texnologiya şirkətinə kiberhücuma görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Bu qrupun İranın Kəşfiyyat Nazirliyi ilə əlaqəli olduğu bildirilir.

Hücuma məruz qalan "Stryker" şirkəti Miçiqan ştatında yerləşir, geniş çeşiddə tibbi avadanlıq və texnologiyalar istehsal edir.

Şirkət əməkdaşı NBC telekanalına anonim deyib ki, işçilərə şirkətin verdiyi mobil telefonlar işləməyib, həmkarlarla əlaqə tamamilə kəsilib.

Hücumun necə gerçəkləşdirilməsinin detalları məlum deyil. Açıq məlumatlara görə, hakerlər şirkətin "Microsoft" hesabına giriş əldə etmiş ola bilərlər. Bir mütəxəssisin sözlərinə görə, "Handala" bu hesabdan bəzi əməkdaşların cihazlarını zavod parametrlərinə sıfırlayıb.

NBC bu hadisəni iki ölkə arasında müharibə başlayandan İranın ABŞ şirkətinə qarşı ilk ciddi kiberhücumu olduğunu bildirir.

İtaliyanın İraqdakı bazası raketlə vurulub

İtaliyanın İraqın şimalında, İran sərhədinə yaxın yerləşən Ərbil şəhərindəki bazası raket zərbəsinə məruz qalıb. Məlumatı İtaliya Müdafiə Nazirliyi yayıb.

"İtaliyalı personalı arasında ölən və ya yaralanan yoxdur", – nazirlik martın 12-də X platformasında qeyd edib.

Davamı

XS
SM
MD
LG