Keçid linkləri

2026, 27 Mart, Cümə, Bakı vaxtı 07:52
'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi

Canlı 'Axios': Pentaqon İrana qarşı növbəti addımlara hazırlaşır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

İran dünya çempionatında iştirakdan imtina edir

İranın gənclər və idman naziri Əhməd Dünyamalı futbol üzrə milli komandalarının 2026-cı il dünya çempionatında (DÇ) iştirak etməyəcəyini açıqlayıb.

"Korrupsiyalaşmış ABŞ rejiminin liderimizi qətlə yetirdiyini nəzərə alaraq, heç bir şərtlər altında dünya çempionatında iştirak edə bilmərik", - Dünyamalı dövlət televiziyasına deyib.

DÇ iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Təsnifat mərhələsindən keçən İran millisi Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə G qrupuna düşüb.

Bugünlərdə FIFA prezidenti Canni İnfantino Birləşmiş Ştatlar prezidenti Donald Trampla danışmışdı. İnfantinonun sözlərinə görə, "Tramp bildirib ki, İranla hazırkı münaqişəyə baxmayaraq, İran yığmasının ABŞ-də keçiriləcək turnirdə iştirakı arzuolunandır".

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir

"Alternativ marşrutlar və boru kəmərləri mövcud olsa da, onlar Körfəz ölkələrinin bütün ixracını əvəz edə bilmir. Buna görə də Hörmüz boğazında hər hansı ciddi gərginlik qlobal iqtisadi sabitlik üçün birbaşa risk hesab olunur".

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün niyə bu qədər vacibdir
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

İran ABŞ və İsrail banklarını vurmaqla hədələyir

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin Yaxın Şərqdəki iqtisadi mərkəzlərini, bankları hədəfə alacaq. Bu açıqlama ilə İran ordusunun birgə əməliyyat komandanlığı çıxış edib.

İranın ən böyük dövlət banklarından olan "Bank Sepah"dan açıqlamaya görə, Tehranda filiallarından biri martın 11-i gecə saat 1-də raketlə vurulub. IRINN dövlət telekanalının yaydığı xəbərə görə, bu vaxt bank əməkdaşları mart üzrə əməkhaqqı ödənişlərini hazırlamaq üçün əlavə növbədə çalışırmışlar. Xəbərdə hücum nəticəsində çox sayda insanın həlak olduğu bildirilir.

"Xatəm əl-Ənbiya" qərargahının bəyanatında vurğulanır ki, bu "qanunsuz və qeyri-adi" hərəkət "regionda ABŞ və İsrailə məxsus iqtisadi mərkəzləri, bankları hədəfə almaq üçün əl-qolumuzu açıb".

Belə bankların yerləşdiyi ölkələrdə yaşayan insanlara həmin obyektlərdən bir kilometr radiusda qalmamaq çağırışı edilib.

İranın polis rəisindən xəbərdarlıq

Regional müharibədə Tehranın düşmənlərini dəstəkləyən etirazçılarla nümayişçi kimi yox, düşmən kimi davranılacaq. AFP-nin yazdığına görə, belə xəbərdarlıqla İranın baş polis rəisi Əhməd-Rza Radan çıxış edib.

Onun sözlərinə görə, İslam Respublikasını müdafiə etmək üçün təhlükəsizlik qüvvələrinin "barmaqları tətikdədir".

İlin əvvəlində İranda iqtisadi narazılıqlarla başlayan etirazlar amansızlıqla yatırılıb. Rəsmilər iğtişaşlarda 3 mindən çox insanın öldüyünü deyirlər. Hüquq müdafiə qrupları itki sayının daha yüksək olduğunu bildirir.

Rəsmilər ABŞ və İsraillə münaqişə gərginləşdikcə, etiraz aksiyalarının yenidən baş qaldıra biləcəyindən ehtiyatlanırlar.

Davamı

XS
SM
MD
LG