Keçid linkləri

2026, 27 Mart, Cümə, Bakı vaxtı 09:10
'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi

Canlı 'Axios': Pentaqon İrana qarşı növbəti addımlara hazırlaşır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

İran azərbaycanlıları savaşın ortasında: 'Ümidimiz itir'

Ərdəbildə yaşayan milli fəallardan biri AzadlıqRadiosuna danışır ki, ABŞ və İsrailin İrana hücumu, ali dini lider Əli Xameneinin öldürülməsi ilə bağlı insanlar arasında fikir ayrılığı var. Hökumətə müxalif olanlar isə yeni dini liderin təyinatından sonra ümidlərini lap itiriblər.

İran azərbaycanlıları savaşın ortasında: 'Ümidimiz itir'
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Tramp İrana Hörmüz boğazını minalamaqla bağlı xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp İrana Hörmüz boğazını minalamaqla bağlı xəbərdarlıq edib. O, martın 10-da "Truth Social" şəbəkəsində yazıb ki, belə addımlar sərt cavab tədbirlərinə səbəb olar.

"İran Hörmüz boğazına hər hansı mina yerləşdiribsə, dərhal götürülməsini istəyirik, DƏRHAL", – Tramp yazıb, əks halda "İran üçün hərbi nəticələr əvvəllər görünməmiş səviyyədə olacaq", – deyə xəbərdarlıq edib.

Onun sözlərinə görə, ABŞ qüvvələri Hörmüz boğazında mina yerləşdirməyə çalışan hər hansı qayıq, yaxud gəmini məhv edəcək.

Tramp elə həmin platformada daha sonra yazıb ki, ABŞ qüvvələri artıq hərəkətə keçib, "10 qeyri-aktiv mina yerləşdirən qayıq və/və ya gəmini vurub tamamilə məhv etmişik, davamı gələcək".

Antoniu Koşta: Yaxın Şərq müharibəsinin yeganə qalibi Rusiyadır

Yaxın Şərqdəki müharibənin indiyədək yeganə qalibi Rusiya olub. Səbəb isə enerji qiymətlərinin artması, Ukraynadakı təcavüzkar müharibəyə diqqətin azalmasıdır. Bunu martın 10-da Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta deyib.

"İndiyədək bu müharibənin bircə qalibi var, o da Rusiyadır", – Koşta Brüsseldə Aİ səfirləri qarşısında çıxışında deyib.

"Enerji qiymətlərinin qalxması Rusiyaya Ukraynadakı müharibəni maliyyələşdirməyə əlavə resurslar qazandırır. Rusiya Ukraynaya göndərilə biləcək hərbi imkanların başqa səmtə yönəlməsindən də faydalanır. Bundan əlavə, Yaxın Şərqdəki münaqişənin diqqət mərkəzinə gəlməsi Ukrayna cəbhəsinə diqqəti azaldıb", – Koşta vurğulayıb.

Onun sözlərinə görə, Aİ beynəlxalq qaydalara əsaslanan nizamı qorumalıdır, hazırda ABŞ bu düzənə meydan oxuyur. Koşta Yaxın Şərqdə bütün tərəflərin danışıqlar masasına qayıtmasının vacibliyini də qeyd edib.

"Azadlıq və insan hüquqları bombalarla əldə edilə bilməz. Onları yalnız beynəlxalq hüquq qoruyur", – o deyib.

Koşta daha böyük eskalasiyanı önləməyin vacibliyindən danışıb.

Təbrizə raketlər atıldı

İddialara görə, hücum SEPAH, polis və Kəşfiyyat Nazirliyinin qərargahlarına olub.

Davamı

XS
SM
MD
LG