Şri-Lanka yaxınlığında İran freqatı vurulub
İranın "IRIS Dena" freqatı martın 4-də SOS siqnalı verib.
ABŞ-nin müdafiə naziri Pit Heqset İranın hərbi gəmisini ABŞ sualtı qayığının batırdığını təsdiqləyib.
"Beynəlxalq sularda təhlükəsiz olduğunu düşünən İran hərbi gəmisini ABŞ sualtı qayığı batırıb. O, torpedo ilə vurulub", – Heqset brifinqdə deyib.
Gəminin göyərtəsində 180 nəfərin olduğu bildirilir. Sağ çıxmış 32 iranlı dənizçi Şri-Lankada xəstəxanada müalicə olunur.
Prezident Əliyev İran səfirliyində olub
Prezident İlham Əliyev martın 4-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub.
AZƏRTAC-ın xəbərinə görə, O, İranın Ali rəhbəri Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.
Azərbaycan prezidenti matəm kitabına ürək sözlərini yazıb və səfirlə söhbət edib.