Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:22
Tehrana zərbələr
Tehrana zərbələr

Canlı Rusiya ABŞ və İsraili İranda rejimi dəyişmək cəhdində ittiham edir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

Qrossi İranın nüvə obyektlərinin vurulması əlamətinin olmadığını bildirir

İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücum etməsinin heç bir əlaməti görünmür. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyir. Amma o, qurumun indiyədək İranın nüvə rəsmiləri ilə əlaqə saxlaya bilmədiyini də əlavə edib.

"Ümid edirik ki, bu zəruri kommunikasiya kanalı mümkün qədər tez bərpa olunacaq", – o əlavə edib.

Qrossi tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün maksimum təmkin göstərməyə çağırıb.

SEPAH generalı İranın müdafiə naziri vəzifəsini icra edəcək

İran prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) generalı Məcid İbn Əl-Rzanı müvəqqəti müdafiə naziri təyin edib. O, fevralın 28-də İsrailin zərbəsindən həlak olan müdafiə naziri Əziz Nəsirzadənin birinci müavini vəzifəsində çalışıb.

İrana zərbələrdən 555 nəfərin həlak olduğu bildirilir

ABŞ və İsrailin İrana qarşı birgə hücumları nəticəsində indiyədək 555 nəfər həlak olub. Məlumatı İranın Qızıl Aypara Cəmiyyəti martın 1-də yayıb.

İranın 131 şəhərinin hücumlara məruz qaldığı, yaralılara xilasetmə, tibbi yardım xidməti göstərildiyi açıqlanıb.

Fevralın 28-də Hörmüzqan əyalətindəki Şəcərəyi-Təyyibə ibtidai məktəbinə raket zərbəsindən ölənlərin sayının 148-ə çatdığı xəbər verilir. Yerli rəsminin sözlərinə görə, hücumda azı 95 nəfər yaralanıb, çoxu şagirdlərdir.

Bu rəqəmləri müstəqil mənbələrdən dəqiqləşdirmək mümkün olmayıb.


Davamı

XS
SM
MD
LG