Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:49
Tehrana zərbələr
Tehrana zərbələr

Canlı Rusiya ABŞ və İsraili İranda rejimi dəyişmək cəhdində ittiham edir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

Küveytdə ABŞ-nin üç hərbi təyyarəsi qəzaya uğrayıb

ABŞ-nin bir neçə hərbi təyyarəsi martın 2-də səhər Küveytdə qəzaya uğrayıb. Ekipajlar qəza yerindən təxliyə olunaraq xəstəxanaya aparılıb. Məlumatı Küveytin Müdafiə Nazirliyi yayıb.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, "Epik Qəzəb" əməliyyatı çərçivəsində tapşırıq yerinə yetirən üç "F-15E Strike Eagle" qırıcısı Küveyt üzərində, ehtimal, "dost atəşi" nəticəsində vurulub..

İranın Azərbaycandakı səfiri: 'Biz hər zaman buna inanmışıq…'

"Martın 1-də (Azərbaycan və İranın xarici işlər nazirləri) Ceyhun Bayramov və Abbas Əraqçi son proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Həmin telefon danışığında Azərbaycanın rəsmi mövqeyi ifadə edilib və qeyd olunub ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol verməyəcək". AZƏRTAC-ın məlumatına görə, bunu martın 2-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Bakıda mətbuat konfransında söyləyib.

"Biz hər zaman buna inanmışıq. Azərbaycanın ən yüksəksəviyyəli rəsmiləri də bu mövqeni açıq şəkildə bəyan ediblər", - o əlavə edib..

Peyk təsvirləri İranda hərbi obyektlərə ziyan dəydiyini göstərir

Martın 1-dən əvvəl və sonra paylaşılan fotolarda İranda raket bazalarına, radar qurğularına, təyyarə obyektlərinə böyük ziyan dəydiyi görünür. Bu, ABŞ və İsrailin birgə hava zərbələri nəticəsində baş verib. Bəzi fotolarda fevralın 28-də öldürülmüş ali lider Əli Xameneinin Tehrandakı iqamətgahı əks olunub.

İrandan Azərbaycan vasitəsilə 500 rusiyalı təxliyə olunacaq

İrandan Azərbaycan vasitəsilə 500 Rusiya vətəndaşı təxliyə olunacaq. Bunu martın 1-də Bakıdakı Rusiya səfirliyi bildirib.

Səfirlik Telegram kanalında köməyə görə Azərbaycan tərəfə təşəkkürünü bildirib.

"Reuters" Azərbaycan hökumətinə yaxın mənbəyə istinadla yazır ki, son 38 saat ərsində İrandan Azərbaycana 192 nəfər təxliyə olunub, onlardan 82-si azərbaycanlıdır.

Davamı

XS
SM
MD
LG