Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:15
Səudiyyə Ərəbistanında "Ras Tanura" neft emalı zavoduna dron hücumu
Səudiyyə Ərəbistanında "Ras Tanura" neft emalı zavoduna dron hücumu

Canlı Səudiyyə Ərəbistanında ABŞ səfirliyi vurulub

Rusiya XİN İrana zərbələri 'təhlükəli avantüra' sayır

Rusiya Xarici İşlər Nazirliyi (XIN) ABŞ ilə İsrailin hərəkətlərini "əvvəlcədən planlaşdırılmış, səbəbsiz silahlı təcavüz aktı" və "təhlükəli avantüra" adlandırıb.

Moskva ABŞ administrasiyasını "dünya nizamının beynəlxalq hüquqi dayaqlarına sabitliyi pozan zərbələr vurmaqda" ittiham edir.

"Vəziyyətin dərhal siyasi və diplomatik həll yoluna qaytarılmasını tələb edirik", - bəyanatda deyilir.

Xəritə: ABŞ hərbi obyektləri və İran raketlərinin uçuş məsafəsi

Astara sakini: "Rayonda sakitlikdir"

Astara rayon sakini Tarif Əliyev AzadlıqRadiosuna deyib ki, rayonda sakitlikdir. O vurğulayıb ki, səhər sərhəddə yaxın mağazaların da yanında olub. Eşidib ki, İrandan Azərbaycana köç edən yoxdur: "Orada elə bir qələbəlik yox idi. Adi həyat davam edir. Heç bir dəyişiklik yoxdur".

Astara sakinlərinin sözlərinə görə, səhər saatlarında yerli polislərdən də sərhədə baş çəkənlər olub.

Xameneinin iqamətgahına hücumdan sonrakı peyk görüntüləri dərc edilib.


Davamı

XS
SM
MD
LG