Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:22

ABŞ Ankaranın Rusiyadan S-400 raketləri almasına hələlik reaksiya verməyib


Rusiya təyyarəsi Türkiyəyə S-400 raketi gətirib,
12 iyul, 2019
Rusiya təyyarəsi Türkiyəyə S-400 raketi gətirib, 12 iyul, 2019

ABŞ hələlik Türkiyənin Rusiyadan S-400 raket kompleksi alması ilə bağlı rəsmi bəyanat verməyib.

Qeyd edək ki, Ankara artıq iyulun 12-də ilk raketlərin Türkiyəyə çatdırıldığını bəyan edib.

Buna da bax: S-400-ün ilk hissələri iyulun 12-də Ankaraya ‘çatdırılıb’

ABŞ mümkün cavab hərəkətləri ilə bağlı mətbuat konfransını qeyri-müəyyən vaxtadək təxirə salıb.

Bu barədə iyulun 13-də Reuters, AP və digər qərb agentlikləri məlumat verirlər.

ABŞ-ın müdafiə naziri əvəzi Mark Esper ( Mark Esper) türkiyəli həmkarı Hulusi Akarla təxminən 30 dəqiqə telefonla danışıb.

Amma Pentaqon hələlik danışıqların detallarına aydınlıq gətirməyib.

ABŞ nümayəndəlar palatasının xarici məsələlər üzrə komitəsinin bəyanatında deyilir ki, Türkiyə prezidenti Racep Tayyip Erdogana ABŞ istehsalı olan “Patriot” raketlərinin satılması ilə bağlı “dəqiq seçim verilmişdi, amma təəssüf ki,o səhvə yol verdi”.

Mənbələrin yazdıqlarına görə, Rusiya ilə Türkiyə arasındakı bu sövdələşmə ABŞ-ın “cavab sanksiyaları ilə bağlı” ( Countering America's Adversaries through Sanctions Act - CAATSA) qanunvericiliyi pozur.

Orda 12 mümkün cavab tədbiri nəzərdə tutulur.

Bura viza qadağaları, ABŞ-ın idxal-ixrac banklarına çıxışdan məhrum etmə, ABŞ maliyyə sistemi ilə transaksiyalar və idxala lisenziya verilməsinin qadağan edilməsi kimi tədbirlər daxildir.

Bundan başqa Türkiyəyə ABŞ istehsalı olan F-35 qırıcı təyyarələrinin satışı dayandırıla bilər, hansı ki, ABŞ dəfələrlə bu barədə Ankaraya xəbərdarlıq edib.

Ankara Türkiyədən 100 belə təyyarə almağı planlaşdırır.

NATO-da hələlik Türkiyənin Rusiyadan S-400 raketləri almasına münasibət bildirməyib.

Vaşinqtonla NATO bu plandan dərin narahatdırlar

Vaşinqton və onun NATO-dakı müttəfiqləri bundan əvvəl dəfələrlə deyirlər ki, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi F-35 təyyarələri barədə məxfi informasiyalar əldə edə bilər . Bundan başqa ABŞ və NATO rəhbərlikləri dəfələrlə bəyan ediblər ki, həmin kompleksləri NATO ordusuna uzlaşdırmaq mümkün deyil.

Türkiyə prezidenti Racep Tayyip Erdogansa dəfələrlə bəyan edib ki, Ankara Rusiya ilə sövdələşmədən imtina etməyəcək.

Buna da bax: Putinlə Erdogan S-400-dən danışıblar

ABŞ rəsmiləri, Türkiyənin ABŞ istehsalı olan “Patriot” hava-hücumlarından müdafiə sisteminə dönməsini tələb edirlər.

Erdogansa deyib ki, Ankara bunun mümkünlüyünə yalnız o halda baxa bilər ki, Vaşinqtonun bu müqavilə ilə bağlı şərtləri,Moskvanınkı kimi yaxşı olsun.

Son vaxtlar ABŞ-la Türkiyə arasındakı münasibətlərin gərginləşdiyi müşahidə olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG