Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:01

S-400-ün ilk hissələri iyulun 12-də Ankaraya ‘çatdırılıb’


S-400 sistemləri
S-400 sistemləri

Rusiyanın S-400 raketdən müdafiə sisteminin ilk hissələri iyulun 12-də Ankaraya çatdırılıb və proses yaxın günlərdə davam edəcək. Məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Ankaranın Moskvayla sövdələşməsi Türkiyə və Vaşinqton arasında böyük gərginlik yaradıb.

Bəyanatda deyilir ki, S-400-ün hissələri paytaxt Ankara yaxınlığındakı Murted Hava Bazasına aparılıb.

Bu açıqlamadan sonra türk lirəsi dərhal ucuzlaşıb, bir dolların məzənnəsi 5,6775-dən 5,7-yə qalxıb.

Donald Trump (solda) və Recep Tayyip Erdogan
Donald Trump (solda) və Recep Tayyip Erdogan

“Sistemə məxsus hissələrin çatdırılması növbəti günlərdə davam edəcək”, – Türkiyənin Müdafiə Sənayesi Direktorluğu ayrıca bəyan edib.

“Sistem tam hazır olan kimi müvafiq orqanlar tərəfindən müəyyənləşdirildiyi kimi istifadə olunmağa başlanacaq”, – bəyanatda deyilir.

Vaşinqton türkiyəli pilotlara təlim keçilməsini dayandırıb

Rusiyanın Hərbi və Texniki Əməkdaşlıq üzrə Federal Xidməti də məlumatı təsdiqləyib, RİA xəbər agentliyi yazıb.

Birləşmiş Ştatlar bildirir ki, NATO üzvü Türkiyə iyulun 31-dək S-400 razılaşmasını təxirə salmasa, Ankaranın F-35 qırıcılarının yeni nəslini almasına icazə verilməyəcək.

Vaşinqton Türkiyəni bunun əvəzində ABŞ istehsalı olan Patriot sistemi almağa çağırıb.

ABŞ Prezidenti Donald Trump ötən ay Osakada G20 sammitində türkiyəli həmkarı Recep Tayyip Erdogan-la görüşüb, onu Rusiyadan qabaqcıl S-400 yer-hava tipli müdafiə sistemi almamağa çağırıb.

Erdogan isə Trump-a deyib ki, keçmiş prezident Barack Obama Ankaranın Patriot raketləri almasına icazə vermirdi.

Türkiyəyə iyulun 31-dək vaxt verilsə də, Vaşinqton artıq Ankaranı F-35 proqramından çıxarmağa başlayıb, türkiyəli pilotların Birləşmiş Ştatlarda bu təyyarəylə bağlı təlim keçməsini dayandırıb.

Ankara bu qırıcılardan 100-nü almaq istəyirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG