Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:03

Putinlə Erdogan S-400-dən danışıblar


Vladimir Putin (sağda) və Recep Tayyip Erdogan

Rusiya Prezidenti Vladimir Putin iyulun 6-da türkiyəli həmkarı Recep Tayyip Erdogan-la telefon söhbətində Türkiyəyə S-400 raketdən müdafiə sistemlərinin göndərilməsini müzakirə edib. Məlumatı Kreml yayıb və sazişin icra mərhələsində olduğunu bildirib.

Putin-lə Erdogan sistemlərin çatdırılmasını müzakirə ediblərmi? Kremlin sözçüsü Dmitry Peskov bu suala cavabında deyib ki, “əlbəttə, müzakirə ediblər. Bu razılaşma indi icra mərhələsindədir”.

Ankaranın Moskvayla sövdələşməsi Türkiyəylə Vaşinqton arasında gərginliyi qızışdırıb.

Birləşmiş Ştatlar bildirib ki, NATO üzvü olan Türkiyə iyulun 31-dək S-400 sazişini təxirə salmasa da, Ankara F-35 qırıcılarının növbəti nəslini əldə etməkdən məhrum ediləcək.

Vaşinqton Türkiyəni ABŞ istehsalı olan Patriot raket sistemi almağa çağırır.

ABŞ Prezidenti Donald Trump ötən ay Erdogan-la Osakada G20 sammiti çərçivəsində görüşüb, onu Rusiyadan qabaqcıl S-400 yer-hava tipli sistemi almamağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG