Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:31

ABŞ Talibanla razılaşma əldə etdiyini deyir


Mike Pompeo (ortada), Ashraf Ghani (sağda) və Mark Esper Münhendə görüşüblər
Mike Pompeo (ortada), Ashraf Ghani (sağda) və Mark Esper Münhendə görüşüblər

Birləşmiş Ştatlar və Taliban ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına hazırlıq kimi bir həftə müddətində zorakılıqların azalsdılması barədə razılaşma əldə ediblər.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi fevralın 14-də Münhendə keçirilən Təhlükəsizlik Konfransının kuluarlarında müxbirlərə deyib ki, “zorakılıqların azaldılacağı həftə tezliklə başlanmalıdır”.

Lakin rəsmi bildirib ki, bu razılaşmanın tətbiq edilməsinə hələ başlanmayıb.

Bu xəbərdən əvvəl Münhen konfransının əsnasında ABŞ dövlət katibi Mike Pompeo, ABŞ müdafiə naziri Mark Esper və Əfqanıstan prezidenti Ashraf Ghani görüşmüşdülər.

Bu görüşdə ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad və ABŞ-ın komandanlığı altında Əfqanıstandakı koalisiyanın komandanı Scott Miller də iştirak ediblər.

ABŞ rəsmisi deyib ki, Taliban yolkənarı və intihar bomba hücumlarını, habelə raket həmlələrini dayandırmağa hazır olduğunu bildirib.

O bunu da deyib ki, razılaşma çox dəqiqdir və Əfqanıstan hökumət qüvvələri də daxil bütün ölkəni əhatə edir.

Rəsmi qeyd edib ki, ABŞ sazişin yerinə yetirilməsini monitorinq edəcək.

O bildirib ki, Talibanla ABŞ arasında ötən sentyabrda razılaşmanın əldə edilməsinə məhz zorakılıqlar mane olmuşdu.

ABŞ rəsmisi deyib ki, sözü gedən zorakılıqsız həftənin ardınca, on gün müddətində əfqanlararası danışıqlara başlanmalıdır.

Fevralın 13-də Mark Esper Brüsseldə jurnalistlərə demişdi ki, tərəflər bir həftə ərzində zorakılıqların dayandırılmasına dair razılaşma əldə ediblər.

Nazir bildirmişdi ki, ABŞ qoşunlarının azaldılması və Talibanla gələcək danışıqlar “şərtlər əsasında” həyata keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG