Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:25

ABŞ, Rusiya və Çin Əfqanıstana dair birgə bəyanat veriblər


Vaşinqtonun Əfqanıstan sülh prosesi üzrə xüsusi elçisi Zalmay Khalilzad
Vaşinqtonun Əfqanıstan sülh prosesi üzrə xüsusi elçisi Zalmay Khalilzad

Birləşmiş Ştatlar, Rusiya və Çin Əfqanıstandakı xarici qoşunların çıxarılması və “əfqanların öz iştirakilə” sülh prosesinə çalışılması məqsədinə dair birgə bəyanat yayıblar.

ABŞ Dövlət Departamentinin aprelin 26-da verdiyi bəyanatda deyilir ki, “üç tərəf bütünlükdə Əfqanıstan sülh prosesinin tərkib hissəsi kimi xarici qoşunların bu ölkədən nizamlı və məsuliyyətli bir şəkildə çıxarılmasına çağırırlar”.

Bəyanatda bildirilir ki, “üç tərəf əfqanların iştirakı və başçılığı ilə aparılan sülh prosesinə dəstək verir və bu yolda zəruri yardım göstərəcəklərini vəd edir”.

Bəyanatda bu da qeyd olunur ki, burada Talibanın İslam Dövləti ekstremist təşkilatına qarşı döyüşmək, habelə əl-Qaeda və başqa terrorçu qruplarla bağlarını qırmaq “öhdəliyi” də nəzərə alınır.

Bildirilir ki, Taliban “nəzarətində olan ərazilərdən heç bir başqa ölkənin hədələnməsi üçün istifadə olunmayacağını vəd edib”.

Lakin Taliban danışıqçıları hələ də Əfqanıstan prezidenti Ashraf Ghani-nin hökuməti ilə dialoqa girməkdən imtina edir, onu Qərbin oyuncağı adlandırır və hökumətlə danışıqlar başlanmazdan əvvəl ölkədəki xarici qoşunların çıxarılmasını tələb edir.

Bununla belə Birləşmiş Ştatlar, Rusiya və Çin bildiriblər ki, onlar Talibanı “mümkün qədər tez bir zamanda daha geniş təmsil olunmuş Əfqanıstan nümayəndə heyəti ilə danışıqlar aparmağa təşviq ediblər”.

Bəyanat Moskvada hazırlanıb

Bu bəyanat Vaşinqtonun Əfqanıstan sülh prosesi üzrə xüsusi elçisi Zalmay Khalilzad Moskvada Rusiya və Çin nümayəndələri ilə görüşdükdən sonra verilib.

Birləşmiş Ştatlar hazırda Əfqanıstandakı beynəlxalq koalisiyaya rəhbərlik edir. Bu qüvvələr Əfqanıstan ordusu və təhlükəsizlik birləşmələrinin təlimləndirilməsi və bunların Taliban və başqa ekstremist qruplara qarşı mübarizəsinə dəstək verilməsi ilə məşğuldur.

Khalilzad bundan əvvəl həm rəsmi Kabul, həm də Taliban nümayəndələri ilə silsilə danışıqlar aparıb.

Rusiya və Çinin də Əfqanıstanda öz maraqları və uzun tarixçələri var.

1979-1989-cu illərdə Əfqanıstanda islamçılarla döyüşən 14 min sovet əsgəri öldürülüb. Həmin vaxt islamçı mücahid qruplarını Birləşmiş Ştatlar dəstəkləyirdi.

Çin isə Əfqanıstanda və bu regionda özünün həm iqtisadi, həm də hərbi nüfuzunu gücləndirməyə çalışır.

Khalilzad qarşıdan gələn günlərdə Pakistan və Hindistanla da separat danışıqlar aparmalıdır. Bu iki ölkənin də Əfqanıstanda qarşılıqlı ziddiyyət təşkil edən öz maraqları var.

Əfqanıstan prezidenti Ghani ölkənin minlərlə siyasətçisini, din xadimini və insan haqları müdafiəçisini gələn həftə Kabula toplamağı planlaşdırır.

Burada keçiriləcək “loya cirqa” və ya “böyük qurultayda” müharibəyə son qoyulması yolları müzakirə ediləcək.

Bir çox müxalifət liderləri dörd gün ərzində keçiriləcək bu tədbiri boykot edəcəklərini bildiriblər.

Onlar deyirlər ki, tədbirin hazırlanmasında iştirak etməyiblər və onu Ghani-nin sentyabrda təkrar prezident seçilmək üçün təbliğat platforması hesab edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG