Keçid linkləri

Təcili xəbərlər
2019, 22 İyul, Bazar ertəsi, Bakı vaxtı 14:01

Taliban yaz hücumlarının açılışını edir


Əfqanıstan, arxiv fotosu

Aprelin 12-də Taliban qruplaşması yaz hücumlarının başlandığını elan edib. Bu, əfqanların sülh danışıqları çərçivəsində böyük bir toplantıya hazırlıq getdiyi bir dönəmdə baş verir.

İngilis dili daxil olmaqla beş dildə yayılan bəyanatda Taliban bildirir ki, xarici qüvvələr Əfqanıstanda qaldıqca döyüş davam edəcək.

Şərhçilər qruplaşmanın belə bir açıqlamayla hər il çıxış etdiyini bildirirlər. Ancaq məsələ ondadır ki, heç sərt qış aylarında da Taliban hücumları dayandırmayıb.

Sanksiyalar qaldırılıb

Bu bəyanatdan öncə Talibanın sözçüsü deyib ki, BMT-nin Təhlükəsizlik Şurası silahlı qruplaşmanın danışıqlarda iştirak edən üzvlərinə sanksiyaları azından müvəqqəti qaldırıb.

Təhlükəsizlik Şurası Talibanın Qətərdəki nümayəndə heyətinə bildirib ki, onların adları sanksiya siyahısından çıxarılıb, sözçü Zabihullah Mujahid belə deyib. “İlkin olaraq, sanksiyalar doqquz aylıq qaldırılıb, ancaq Taliban liderlərinə qərarın uzadılacağı barədə informasiya verilib”, – o deyib.

Əfqan təhlükəsizlik əməkdaşı
Əfqan təhlükəsizlik əməkdaşı

Bu məlumatı nə BMT, nə də Təhlükəsizlik Şurasının daimi üzvləri hələlik şərh etməyib.
Talibanın 14 nəfərlik danışıqlar komandasının üzvlərindən çoxu sanksiya siyahısındadır.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad bir müddətdir Qətərdə onlarla danışıq aparır.

Əfqanıstan hökuməti aprelin 11-də bildirib ki, aprelin 14-də Talibanla başlanması nəzərdə tutulan danışıqlar beş gün sonraya keçirilib.

Bu toplantı sülh danışıqlarında çox vacib sayılır.

Taliban indiyədək Əfqanıstan hökumətilə danışmaqdan imtina edib, onu Qərbin oyuncağı adlandırıb. Elə Dohadakı görüşdə də hökumət təmsilçiləri ilə “sıravi” əfqanlar kimi danışacağını deyib.

Əfqanıstanda peyvəndləmə
Əfqanıstanda peyvəndləmə

Yardım qruplarına qadağa

Bu arada yayılmış başqa bir xəbərə görə, Taliban Əfqanıstanda nəzarətində olan ərazilərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətinə “qadağa” qoyub.

Qruplaşma bu beynəlxalq qurumların vaksinasiya kampaniyası zamanı “şübhəli fəaliyyət” göstərdiyini bildirib. Digər yardım qruplarının əməliyyatları azad şəkildə davam etdirə biləcəyi vurğulanıb.

ÜST Əfqanıstanda vaksinasiya kampaniyası aparır. Qurumun sözçüsü Jin Ni deyib ki, təşkilat rəsmiləri “məlumatı aldıqlarını təsdiqləyir və durumu daha yaxşı anlamağa çalışır”.

BQXK-nın sözçüsü Robin Waudo isə “Frans Pres” agentliyinə deyib ki, Taliban-ın bəyanatından sonra bu ölkədə fəaliyyəti “təhlükəsizlik təminatı”nın qaldırılması səbəbindən dayandırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG