Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

ABŞ Ərəb dənizində ‘İrandan göndərilən silahları’ tutduğunu deyir


Yelkənli gəmidən tapıldığı deyilən silahlar
Yelkənli gəmidən tapıldığı deyilən silahlar

ABŞ Hərbi Dəniz Donanması Yəməndəki şiə huti qiyamçılara İrandan göndərildiyi düşünülən təkmil silah və silah komponentlərinin ələ keçirildiyini bildirib.

150 Dehlavieh idarə olunan antitank raketləri və İran istehsallı üç yer-göy raketindən ibarət silah yükü fevralın 9-da Ərəb dənizində bayraqsız üzən yelkənli gəmidə keçirilən reyd zamanı tapılıb.

Donanmanın 13 fevral tarixli bəyanatında deyilir ki, müsadirə olunmuş silahların arasında İran istehsallı termal optik cihazlar, hava dronları və yerüstü nəqliyyat vasitələri üçün ehtiyat hissələri də var.

Yer-göy raketlərinin tipi bildirilmir.

Bəyanatda deyilir ki, silahların çoxunu ötən həftəsonu ABŞ-ın izləmə sistemli raketdaşıyan kreyseri USS Normandy aşkar edib.

Ötən noyabrda buna bənzər silah-sursat yükünü ABŞ-ın başqa bir raketli gəmisi - USS Forrest Sherman aşkar etmişdi.

ABŞ hərbiyyəsi bildirir ki, noyabrda tutulan silahlar da hutilərə göndərilirdi.

İranın dəstəklədiyi Yəmən hutiləri beş ildir ki, Səudiyyə Ərəbistanına qarşı döyüşürlər.

Qiyamçılar bu qarşıdurmada dronlardan və katerlərdən istifadə edirlər.

ABŞ hərbi ekspertləri bütün bunların İrandan göndərildiyini deyirlər.

Bəyanatda bildirilir ki, fevralın 9-da tutulmuş silahların hutilərə göndərilməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG