Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 21:37

Pompeo BMT ekspertinin hesabatını ‘uydurma’ adlandırır


Qassem Soleimani
Qassem Soleimani

ABŞ-ın Dövlət katibi Mike Pompeo ilin əvvəlində İraqda İranın aparıcı generalı Qasem Soleimani-nin ABŞ-ın dron zərbəsi ilə öldürülməsini müdafiə edib. BMT eksperti isə bunu “qanunsuz” adlandırmışdı.

Iyulun 9-da yaydığı bəyanatda Pompeo BMT xüsusi məruzəçisi Agnes Callamard-ın hesabatını rədd edib, “uydurma” adlandırıb.

Dövlət katibi deyib ki, Birləşmiş Ştatlar hücumun beynəlxalq hüquqi bazası məsələsində “şəffaf” davranıb, BMT-nin Təhlükəsizlik Şurasına məktubunda izah edib ki, “zərbə Birləşmiş Ştatların özünümüdafiə hüququnu gerçəkləşdirmək məqsədilə həyata keçirilib”.

Pompeo-nun sözlərinə görə, Soleimani-yə zərbə “son aylar İran tərəfdən silahlı hücumların artmasına cavab olaraq” endirilib.

Dövlət katibi eyib ki, zərbədə məqsəd İranı Birləşmiş Ştatlara, yaxud onun maraqlarına gələcək hücumlardan, onları dəstəkləməkdən çəkindirmək olub, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds qüvvələrinin gücünü zəiflətmək üçün həyata keçirilib.

***

ABŞ BMT məruzəçisini Soleimani ilə bağlı sərt ittiham edib

Birləşmiş Ştatlar BMT ekspertini “terrorçuların tərəfini saxlamaqda” ittiham edib.

Bundan əvvəl BMT ekspertinin hesabatında İran generalı Qasem Soleimaninin ABŞ dron zərbəsi ilə öldürülməsi “qanunsuz” adlandırılmışdı.

BMT-nin qanunsuz və məhkəməsiz edamlar üzrə xüsusi məruzəçisi Agnes Callamard iyulun 9-da sözü gedən hesabatı BMT İnsan Haqları Şurasının Cenevrədəki ofisinə təqdim edib.

Bundan bir həftə əvvəl açıqlanmış həmin hesabatda Callamard bildirir ki, Birləşmiş Ştatlar Qasem Soleimaninin, ABŞ-ın xüsusilə də İraqdakı maraqlarına birbaşa hücum hazırlamasına və buna görə də ona qarşı hərəkətə haqq qazandıracaq heç bir spesifik dəlil göstərməyib.

Hesabatda deyilir ki, “məhz bu səbəbdən də Soleimaninin yanvarın 3-də Bağdad hava limanının yaxınlığında dron zərbəsi ilə öldürülməsi “qanunsuz qətl” kimi qiymətləndirilməlidir və buna görə Birləşmiş Ştatlar beynəlxalq insan haqları qanununun tələbi ilə məsuliyyət daşıyır”.

“Şüurlu vicdansızlıq”

Lakin iyulun 8-də ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus bildirmişdi ki, “özünü müdafiə edən Birləşmiş Ştatları günahlandıran və əvəzində dünyanın ən qorxulu terrorçularından biri kimi bədnam keçmişə malik general Soleimanini təmizə çıxaran hesabatı yalnız şüurlu vicdansızlıq adlandırmaq olar”.

Xanım Ortagus bunu da deyib ki, "bu boşboğaz və qərəzli hesabat terrorçulara qahmar çıxmaqla insan haqlarını gözdən salır və Amerikanın 2018-ci ildə İnsan Haqları Şurasından çıxmaqla düzgün hərəkət etdiyini göstərir”.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Qasem Soleimaninin qətlinə cavab olaraq İran yanvarın 8-də İraqda ABŞ qüvvələrinin də yerləşdirildiyi iki hərbi bazanı ballistik raketlərlə hədəfləmişdi.

O vaxt həmin bazalardakı 110 ABŞ əsgərində beyin silkələnməsi qeydə alınmışdı.

Callamard-ın hesabatında İranın cavab zərbələri də “qanunsuz” adlandırılıb.

Soleimaninin məhvinə aparan yol

Prezident Donald Trump-ın administrasiyası Soleimaninin öldürülməsinə haqq qazandıraraq bildirirdi ki, o uzun illər ABŞ qüvvələrinə hücumları təşkil etmişdi və regiondakı amerikalılara və ABŞ-ın müttəfiqlərinə yeni hücumların həyata keçirilməsinə hazırlaşırdı.

Yanvar ayında Soleimanini hədəfləyən dron zərbəsilə İran tərəfindən dəstəklənən Kataeb Hizbullah qüvvəsinin başçısı və İraq höküməti tərəfindən tanınan Xalq Səfərbərlik Birlikləri sədrinin müavini Abu Mahdi al-Muhandis də öldürülüb.

Abu Mahdi al-Muhandis
Abu Mahdi al-Muhandis

Kataeb Hizbullah və İranın dəstəklədiyi yaraqlıların adı İraqdakı ABŞ qüvvələrinə çoxsaylı raket hücumları ilə əlaqələndirilir.

Bu hücumlardan biri də ötən ilin dekabrında həyata keçirilmiş, İraqın şimalındakı Kərkük şəhərində yerləşən bazada bir ABŞ hərbi müşavirinin ölümü, bir neçə Amerika və İraq əsgərinin yaralanması ilə nəticələnmişdi.

Qüds qüvvələrinin komandanı kimi general Soleimani İraqda Saddam Husseinin devrilməsindən sonra İraq qiymaçılarının silahlar və partlayıcılarla təchiz edilməsində əsas fiqur idi. Bu qiyamçılar İraqda onlarla ABŞ əsgərini öldürmüş və yaralamışdılar.

O habelə İranın Suriya siyasətində və Livan Hizbullahına dəstək verilməsində aparıcı fiqur sayılırdı.

XS
SM
MD
LG