Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:31

İranda etirazçılara ölüm hökmü kəsilməsi pislənilir


Amir-Hossein Moradi, Saeed Tamjidi və Mohammad Rajabi
Amir-Hossein Moradi, Saeed Tamjidi və Mohammad Rajabi

Birləşmiş Ştatlar İranda məhkəmənin ötən il hökumətə qarşı etirazlarda iştirak etmiş üç nəfərə ölüm cəzası kəsilməsini pisləyir.

Amir-Hossein Moradi, Saeed Tamjidi Mohammad Rajabi fevralda ölüm hökmünə məhkum olunublar. Onlar 2019-cu ilin noyabrında hökumətə qarşı etirazlarda törədilmiş yanğına görə məhkum ediliblər.

Dövlət Departamentinin sözçüsü Morgan Ortagus iyulun 26-da yazdığı tvitində həmin şəxslərin vəkillə təmin olunmadığını, yalan etiraflar vermək üçün işgəncəyə məruz qaldıqlarını qeyd edir.

“İran insan haqlarına hörmət etməli, edamları dayandırmalıdır”, – Ortagus deyib.

Həmin üç nəfərə ölüm cəzası kəsiləndən sonra “Amnesty International” insan haqları təşkilatı fevralın 28-də bəyan edib ki, onlar “istintaq mərhələsində vəkillə təmin olunmayıblar, işgəncəyə məruz qaldıqlarını deyiblər”.

Azı 355 məcburi etiraf

İyunun 25-də daha iki insan haqları təşkilatı İranın dövlətin nəzarətində olan televiziyasını qorxu yaratmaq və narazıları repressiya etməkdən ötrü 2009-2019-cu illərdə azı 355 nəfərin məcburi etiraflarını yaymaqda ittiham edib.

Hesabatı Londondakı İran üçün Ədalət və Parisdəki Beynəlxalq İnsan Haqları Federasiyası hazırlayıb.

Hesabatda deyilirdi ki, İranın IRIB dövlət televiziyası “kütləvi sıxışdırma vasitəsi”nə çevrilib, Kəşfiyyat Nazirliyi və İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) ilə birlikdə insan haqları pozuntularında fəal iştirak edir.

“IRIB sadəcə bir media təşkilatı deyil və müstəqil də deyil, kütləvi kommunikasiya vasitələrindən yararlanan dövlət sıxışdırma orqanıdır”, – insan haqları qrupları bildirib.

2018-ci ilim noyabrında Vaşinqton IRIB-i dəstəkləyən banka, daha sonra isə IRIB-in baş direktoru Abdulali Ali-Asgari-yə sanksiyalar tətbiq edib.

ABŞ Xəzinədarlığı bildirir ki, IRIB “bir qayda olaraq saxta xəbərlər və təbliğat, siyasi məhbusların məcburi etiraflarını yayır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG