Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:06

Obama yenə "soyqırım" demədi


ABŞ prezidenti Barak Obama

ABŞ prezidenti Barak Obama aprelin 24-də ermənilərin "soyqırım" adlandırdıları hadisə ilə bağlı yazılı bəyanatında bunun “20-ci əsrin ən qəddar hadisələrindən biri” olduğunu qeyd edir. Prezident həmçinin bildirir ki, mübahisəli tarix bugünün sabitliyini pozur və bu həmin vaxt ölənlərin xatirəsinə ləkədir.

Prezident Obama 1915-ci ildə baş verənlər haqqında əvvəl söylədiyi fikirlərində qaldığını, gerçəklərin səmimi şəkildə qəbul edilməsinin hamının xeyrinə olduğunu qeyd edib.

Barak Obama eyni zamanda Türkiyə ilə Ermənistanın dialoq səylərini yüksək qiymətləndirib.

Amerikadakı Erməni Assambleyası Barak Obamanın bəyanatını “buraxilmiş imkan“ adlandırıb. ABŞ-dakı erməni icmasının gözləntilərinin əksinə olaraq prezident Obama üçüncü ildir ki, çıxışlarında həmin hadisə haqqında “soyqırım” sözünü işlətməyib. Türkiyə dəfələrlə bildirib ki, ABŞ dövlət təmsilçisinin həmin sözü işlətməsi iki müttəfiq ölkə arasında münasibətləri korlaya bilər.

Ermənistanın paytaxtı Yerevanda isə bu gün “soyqırım” adlandırdıları bu hadisənin qurbanlarını anım mərasimləri keçirilib.

Türkiyənin Xarici İşlər Nazirliyi də bu bəyanata “dərin təəssüf hissi keçridiyini” bildirib. Nazir Əhməd Davudoğlu bu barədə jurnalistlərin suallarına cavabında deyib: “Cənab Obamanın bu bəyanatı birətəfli və tarixi yalnız bir tərəfin mövqeyindən izah edən bir açıqlamadır ”.

Ermənistan Osmanlı İmperiyası dövründə - 1915-1917-ci illərdə Türkiyədə 1.5 milyon erməıninin sistemli şəkildə öldürüldüyün və bunun “soyqırım” olduğunu iddia edir.

Amma Türkiyə bu rəqəmin şişirdildiyini və Birinci Dünya Müharibəsi zamanı xarici qüvvələrin təhriki ilə bəzi erməni qrupların türklərə qarşı silahlı hücumlar etdiyini, nəticədə də hər iki tərəfdən xeyli adamın həlak olduğunu bildirir.

Ermənistanın bu iddialarına görə on illərdir Ankara ilə Yerevan arasında gərginlik davam edir. Tərəflər münasibətlərin normallaşmasına dair 2009-cu ildə imzaladıqları sənədləri də icra edə bilməyiblər.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG