Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:36

Quşlar üçün karusel


Yazıçı-publisist Kənan Hacının bu günlərdə “Quşlar üçün karusel” adlı daha bir kitabı “Nərgiz” nəşriyyatında çapdan çıxıb.

(Yeni kitabdan "Sonsuz kişinin qızı" hekayəsini oxu!)

Yeni kitabı haqda "Oxu zalı"na məlumat verən müəllifin sözlərinə görə, kitaba müxtəlif illərdə qələmə aldığı hekayələr, mətbuata verdiyi müsahibələr toplanıb.

"Hekayələr insan tənhalığından, tənhalığın faciəsindən, psixoloji sarsıntılarından bəhs edir.

Bəzi hekayələr psixoloji planda yazılıb, süjetini nəql etmək olmur, bu hekayələrin süjeti alt qatında gizlənir.

Doğuluş və Ölüm adlı iki həqiqətin arasında tənhalıqla çarpışan bu insanları birləşdirən bir həqiqət də var - Tale.

Bu insanlar bir taleyin qurbanlarıdırlar; onlar tənhalığa məhkum olunmuşlardır".

Bundan qabaq K.Hacının "Yağ kimi" əsəri "Ən yeni ədəbiyyat" seriyasında çap edilmişdi.
XS
SM
MD
LG