Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Ukrayna və Gürcüstan gözləməli olacaq


Yaap de Hoop Sxeffer Kiyev və Tbilisinin Alyansa üzv olacaqlarına əminliyini bildirib
Yaap de Hoop Sxeffer Kiyev və Tbilisinin Alyansa üzv olacaqlarına əminliyini bildirib

Ukrayna və Gürcüstan üzvlüklə bağlı NATO-nun Fəaliyyət Planına daxil edilməyiblər. Bu barədə təşkilatın baş katibi Yaap de Hoop Sxeffer aprelin 3-də keçirdiyi mətbuat konfransında məlumat verib.


Fəaliyyət Planı təşkilata üzvlük üçün ilk addım hesab olunur. NATO-nun sammitindən əvvəl Amerika prezidenti Corc Buş təşkilatı Gürcüstan və Ukraynanın qəbulu prosesinə başlamağa çağırıb.


Baş katib Yaap de Hoop Sxeffer Albaniya və Xorvatiyanın üzvlüyə dəvət olunduqlarını rəsmən elan edib. Baş katib deyib ki, Makedoniyaya dəvət Yunanıstanla narazılığı aradan qaldırılmasından sonra göndəriləcək. Yunanıstan Makedoniyanın adını dəyişdirməsini tələb edir.


«Reuters» xəbər yayıb ki, baş katib perspektivdə Kiyev və Tbilisinin Alyansa üzv olacaqlarına əminliyini bildirib. O, deyib ki, NATO bu ölkələrin hərbi-siyasi bloka üzvlük cəhdlərini alqışlayır. Bu isə o deməkdir ki, bundan sonra hər iki keçmiş sovet respublikası siyasi səviyyədə məsləhətləşmələr və intensiv dialoq mərhələsi başlayır.


XS
SM
MD
LG