Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

«Tələblərimiz yerinə yetirilənədək aksiyamızı davam etdirəcəyik»


Aksiyaya qoşunlanların sayının artacağı gözlənilir
Aksiyaya qoşunlanların sayının artacağı gözlənilir

«Tələblərimiz yerinə yetirilənədək aksiyamızı davam etdirəcəyik». Bunu aclıq edən jurnalistlər deyirlər.


Martın 27-dən həbsdəki «Gündəlik Azərbaycan» qəzetinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə həmrəylik məqsədilə onun azadlıqdakı həmkarları aclıq aksiyasına başlayıblar.


«Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu və «Yeni Müsavat» qəzetinin əməkdaşı Zahid Səfəroğluna martın 28-də daha bir jurnalist «Gündəlik Azərbaycan» qəzetinin keçmiş əməkdaşı Elşən Balaxanlı da qoşulub.


Jurnalistlər səhhətlərinin normal olduğunu deyirlər. Aksiyaya qoşunlanların sayının artacağı gözlənilir.


Şahvələd Çobanoğlu: «İkinci gündür aclıq edirəm. Yüngül baş ağrılarım var. Digər əməkdaşlarımız da aksiyaya qoşulmaq üçün müraciət ediblər».


Zahid Səfəroğlu isə deyir ki, aksiyada əsas məqsədləri beynəlxalq təşkilatların diqqətini cəlb etməkdir.


Eynulla Fətullayev özü martın 26-dan həbsdə aclığa başlayıb . Jurnalist işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir. Avropa Şurası və ATƏT-in konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.


Artıq aksiyaya siyasi partiyalar da münasibətlərini açıqlayıblar. Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, jurnalistlər tələblərində haqlı, hətta təvazökardırlar.


Partiya rəhbəri aksiyaya siyasətçilərin də qoşulacaqlarını istisna etməyib.


Bu arada «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyib ki, Qənimət Zahid və Mirzə Sakit də aclığa başlayacaq. Onun sözlərinə görə, aprelin 5-nə qədər həbsdəki digər məhbuslar da aclığa qoşulmaq qərarına gəliblər. Həmçinin Azərbaycan Demokrat Gənclər Hərəkatının rəhbəri Ağasif Şakiroğlu da aksiyaya qoşulacağını bildirir.


«Gündəlik Azərbaycan» qəzetinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ötən il bir sıra cinayətlərdə təqsirli bilinərək 8 il yarmı müddətinə həbs edilib.


XS
SM
MD
LG