Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:24

«Yerevan Azərbaycan vətəndaşı olan ermənilərdən sui-istifadə edir»


«Bunun qabağını almaq üçün müvafiq tədbirlər görülməli idi»
«Bunun qabağını almaq üçün müvafiq tədbirlər görülməli idi»

«Beynəlxalq təşkilatlar Ermənistanın Dağlıq Qarabağda siyasi istismar törətməsinin qarşısını almalı idilər». Bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov Azərbaycan tərəfinin ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamentinə göndərdiyi notaya aydınlıq gətirərkən bildirib.


Bakı hər üç təşkilatı Ermənistanda keçirilmiş prezident seçkisi zamanı Dağlıq Qarabağda və ətraf rayonlarda seçki məntəqələrinin yaradılması və orada səsvermənin təşkili ilə bağlı məlumatları araşdıraraq, ölçü götürməyə çağırıb.


Əzimov deyir ki, indiyədək işğal altındakı Azərbaycan ərazilərində iqtisadi, ekoloji və mədəni istismar faktları mövcud olub və Bakı buna diqqəti cəlb edib. İndi isə Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərdən Yerevan siyasi məqsədlərlə sui-istifadə edir:


«Birinci dəfə deyil ki, seçkilər zamanı işğal altındakı ərazilərdə müvafiq tədbirlər görülür. Qutular yerləşdirilir və dırnaqarası seçkilər keçirilir. Bunun qabağını almaq üçün müvafiq tədbirlər görülməli idi. Çünki məhz bu üç beynəlxalq qurumun nümayəndələri seçkiləri müşahidə ediblər».


A.Əzimov deyir ki, əvvəllər də ATƏT müşahidəçiləri Ermənistandakı seçkilər zamanı Dağlıq Qarabağdan sui-istifadənin şahidi olublar və buna müvafiq reaksiyalar verilib. Bu dəfə isə Bakı məsələyə daha geniş beynəlxalq diqqəti cəlb etməyə zərurət görür: «Çünki bu hadisə növbəti dəfə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini sübuta yetirir və beynəlxalq təşkilatların diqqət yetirməli olduğu qanunsuz fəaliyyətdir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG