Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

«İqtisadiyyatda demokratiya...»


Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qəbul üçün 10 il qabaq müraciət edib
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qəbul üçün 10 il qabaq müraciət edib
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Azərbaycandan istədiyi budur. Yəni, kim istəsə, sərbəst şəkildə şirkət açsın, heç kəs onun işinə müdaxilə etməsin, hamı qanun əsasında işləsin. Dövlətlər arasında da sağlam iqtisadi rəqabət olsun.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı ilə danışıqları artıq bir neçə dəfədir ki, təxirə düşür. Danışıqların 5-ci raundu hələ keçən ilin dekabrına təyin edilmişdi. Xarici İşlər nazirinin müavini, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Dövlət Komissiyasının sədr müavini Mahmud Məmmədquliyev iki ay qabaq demişdi ki, səbəb odur ki, 40-dan çox qanunun təşkilatın standartlarına uyğunlaşdırılması işi başa çatdırılmayıb.


Keçən ilin avqustunda prezident İlham Əliyev belə bir proqram təsdiqləmişdi ki, ölkə qanunlarının Ümumdünya Ticarət Təşkilatının standartlarına uyğunlaşdırılması 2007-ci ilin axırınacan yekunlaşsın ki, üzvlük 2010-cu ildə reallaşsın.


Amma bəzi müstəqil ekspertlər məsələnin ləngiyəcəyini istisna etmirlər. Bəzi yerli mətbuat orqanlarının yazdığına görə, Ümumdünya Ticarət Təşkilatının katibliyi bu günlərdə Azərbaycana xəbərdarlıq da edib ki, danışıqlar ancaq qanunvericiliyin təkmilləşdirilməsindən sonra bərpa olunacaq.


İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, ləngimədə günahkar ayrı-ayrı məmurlardı. O məmurlar ki qanun qadağan etsə də, bizneslə məşğuldurlar: «İqtisadiyyat monopoliyadadır, qanunsuz dövriyyələr var, məmurlar bunun onların nəzarətindən çıxmasını istəmirlər».


Amma Ümumdünya Ticarət Təşkilatının Azərbaycandan istədikləri olduğu kimi, Azərbaycan da bu təşkilata qəbul zamanı bir sıra imtiyazlara nail olmağa çalışır. Bakı istəyir ki, təşkilata qəbul olunanda özünün kənd təsərrüfatı üçün daha əlverişli imtiyazlara nail olsun. Yəni, təşkilata inkişaf etməkdə olan ölkə kimi qəbul edilib öz kənd təsərrüfatı üçün 10 faizlik subsidiya limiti alsın. Əgər inkişaf etmiş ölkə kimi qəbul edilsə, bu limit cəmi 5 faiz olacaq. Kənd təsərrüfatı məhsullarının maya dəyərinin 10 faizi qədər dövlət yardımı imkan verərdi ki, Azərbaycan məhsulları dünya bazarında rəqabətə daha davamlı olsun.


Müstəqil ekspert İnqilab Əhmədov isə bildirir ki, öz qanunlarını təkmilləşdirməyə tələsməyən Azərbaycanın üzvlüyə qəbulu həm də ona görə ləngiyir ki, Ümumdünya Ticarət Təşkilatının özündə də Azərbaycan daxil bir sıra keçmiş sovet ölkələriylə bağlı yekdil mövqe yoxdur.


Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qəbul üçün 10 il qabaq müraciət edib. Danışıqların ilk raundu 2002-ci ildə başlayıb.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG