Keçid linkləri

2026, 14 Mart, şənbə, Bakı vaxtı 05:55

Tanınmış şəxslər HİV/AİDS-dən qan analizi verəcəklər

Əhalinin müraciət edəcəyi təqdirdə HİV analizlərinin götürülməsində heç bir problem olmadığı bildirilir
Əhalinin müraciət edəcəyi təqdirdə HİV analizlərinin götürülməsində heç bir problem olmadığı bildirilir

Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri HİV/AİDS-lə bağlı qan analizi verəcəklər. Bu barədə «Azadlıq» radiosuna Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva məlumat verib. Onun sözlərinə görə, əhalini AİDS-dən analiz verməyə həvəsləndirməkdən ötrü onlar tanınmış ictimaiyyət nümayəndələrini bu aksiyaya cəlb edəcəklər.


AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova deyib ki, əhalinin müraciət edəcəyi təqdirdə analizlərin götürülməsində heç bir problem yoxdur. HİV/AİDS-dən qan analizi vermək pulsuzdur.


Hazırda Azərbaycanda mindən çox virus daşıyıcısının olduğu bildirilir.


XS
SM
MD
LG