Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:27

İlham Əliyev də erməni və azərbaycanlı ziyalıları qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı ATƏT-in xətti ilə iyunun 28-də Xankəndidə, Şuşada olub, buradan Ermənistana gedərək, prezident Robert Koçaryanla görüşüblər.


Həmin gün qrupun üzvləri Yerevandan Bakıya gəlib və Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olublar.


«AzərTAc»ın məlumatına görə, qrupa Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, Ermənistanın əməkdar incəsənət xadimi, professor Armen Smbatyan, Yerevan Dövlət Konservatoriyasının rektoru, professor Sergey Saracyan, Ermənistanın Milli Elmlər Akademiyasının prezidenti, akademik Radik Martirosyan, Ermənistanın xalq artisti, Rus Dram Teatrının bədii rəhbəri, professor Aleksandr Qriqoryan, Ermənistanın Respublika Xəstəxanasının terapiya şöbəsinin müdiri Lyudmila Qriqoryan, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın xalq artisti, professor Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin xalq artisti, professor Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Kamal Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycanın xalq artisti, professor Azər Paşa Neymətov, Azərbaycanın əməkdar mühəndisi, iş adamı İlham Fətəliyev daxil idilər.


Görüş zamanı dövlət başçısı Azərbaycanın mövqeyini bir daha bəyan edərək vurğulayıb ki, bu münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında Dağlıq Qarabağa yüksək muxtariyyət verilməklə həll edilə bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG