Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:48

«Kosovaya müstəqillik vermək vacibdir»


«Mənim Qarabağla bağlı mövqeyim dəyişməyib»
«Mənim Qarabağla bağlı mövqeyim dəyişməyib»

Beynəlxalq Böhran Qrupu hesab edir ki, BMT-nin Kosova planı təklif oluna biləcək ən yaxşı yoldur. Çünki plan Kosovadakı azlıqların haqlarının qorunmasını, buna beynəlxalq nəzarətin olmasını, ən əsası Kosovaya müstəqillik verilməsini nəzərdə tutur. Beynəlxalq Böhran Qrupunun Avropa Departamentinin direktoru Sabina Freyzer:


-Biz inanırıq ki, Kosovaya müstəqillik vermək vacibdir. Çünki onlar 1999-cu ildən bəri Serbiyadan ayrı yaşayıblar, BMT administrasiyasının nəzarəti altında. Bu müddətdə onlar standartların tətbiqində, institutların yaradılmasında uğur qazanıblar. Biz hesab edirik ki, Kosova rəhbərliyi öz dövlətini idarə etmək üçün məsuliyyəti üzərinə götürməlidir.


-Siz Kosova haqqında danışırsınız, bəs Serbiya?


-Bir şey aydındır ki, Serbiya Kosovanı birləşdirmək, kosovalıları siyasi prosesə qoşmaq üçün son səkkiz ildə heç nə etməyib. Ortaya bir qiymətli variant qoymayıb, məsələn, BMT elçisi Ahtisarinin planına alternativ irəli sürməyib.


- Xanım Freyzer, Azərbaycanın da atəşkəsdən bu yana Qarabağla bir işi olmayıb. Bu o deməkdirmi ki, Qarabağ müstəqil olmalıdır?


-Məncə, bu problemlər ayrılıqda öyrənilməlidir. Biz hesabatda qeyd edirik ki, Kosova heç cür presedent ola bilməz. Kosovaya ayrı məsələ kimi baxılmalıdır. Qarabağa da, Abxaziyaya da, Cənubi Osetiyaya da ayrı, individual hal kimi baxmaq lazımdır. Hesab etmirəm ki, kimsə Kosova məsələsini birbaşa Qarabağa aid edə bilər. Çünki Kosovadakı vəziyyətlə Qarabağdakı vəziyyət fərqlidir.


-Beynəlxalq Böhran Qrupu deyir ki, Ahtisarinin planı Kosova üçün ən yaxşı variantdır. Bəs Qarabağ üçün ən yaxşı hansı plan ola bilər?


-Mənim Qarabağla bağlı mövqeyim dəyişməyib. 2005-ci ildə Qarabağla bağlı iki hesabat yaymışıq və orada deyildiyi kimi, Ermənistanın dəstəklədiyi Qarabağ ordusu 7 rayondan- Laçın və Kəlbəcər də daxil olmaqla çıxarılmalı, qaçqınlar torpaqlarına, yalnız ətraf rayonlara yox, Qarabağa da qayıtmalı, bölgəyə beynəlxalq sülhməramlılar göndərilməlidir. Və Qarabağ azlıqların haqlarını müdafiə etmək, demokratik institutlar yaratmaq gücündə olsa, onda azərbaycanlıların və ermənilərin iştirakıyla referendum keçirilə bilər.


Beynəlxalq Böhran Qrupu müstəqil qeyri-hökumət təşkilatıdır. Qarabağ, Kosova kimi 50-yə qədər münaqişəni araşdırır, münaqişələrin həlli, ya da qarşısının alınması üçün yerli məlumatlara əsaslanan araşdırmalar əsasında fəaliyyət göstərir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG