Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 07:35

2008-ci ilədək Qarabağa dair saziş hazırlana bilər


Gələn il münaqişənin nizamlanmasında həlledici il ola bilər
Gələn il münaqişənin nizamlanmasında həlledici il ola bilər
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair saziş Ermənistanda 2008-ci il prezident seçkisinə qədər işlənib hazırlana bilər. Belə bir mülahizə ilə Britaniyanın «Economist Intelligence Unit» mərkəzinin ekspertləri çıxış ediblər. Qurum Ermənistanda siyasi vəziyyəti öyrənib.

Britaniya tədqiqatçılarının fikrincə, sülh danışıqlarında iştirak edən diplomatlar 2007-ci il parlament seçkilərindən sonra Ermənistan və Azərbaycanda 2008-ci il seçkilərinə qədər problemin həllinə dair razılaşma hazırlaya bilərlər.


Eyni zamanda, ekspertlər hesab edirlər ki, Qarabağda sülhə nail olma şanslarını nəzərə alaraq, Vaşinqton «Koçaryanın aparatı üçün maneələr yaratmaya bilər». Onlar əmindirlər ki, «hətta «Minilliyin Çağırışı» Proqramı üzrə maliyyə axınlarından məhrum olma və Avropa Qonşuluq Siyasətindən kənarda qalma ehtimalı Ermənistan hakimiyyətini qarşıdakı seçkiləri Qərb standartlarına uyğun keçirməyə vadar etməyəcək».


«ABŞ və Avropa Birliyi artıq Yerevanı xəbərdar ediblər ki, parlament seçkilərində saxtalaşdırma hallarının mənfi nəticələri olacaq», - deyə Britaniyalı tədqiqatçılar xatırladırlar.


XS
SM
MD
LG