Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:07

Dünya xəbərləri

Mübarək xəstəxanaya düşüb

Misirdə adının çəkilməsini istəməyn təhlükəsizlik və səhiyyə rəsmiləri keçmiş prezident Hüsnü Mübarəkin Şarm əl-Şeyxdə xəstəxanaya yerləşdirildiyini bildirirlər.

82 yaşlı Mübarək fevralın 11-də hakimiyyətdən devrildikdən bu yana həmin şəhərdə yaşayırdı. O, hakimiyyətinin son illərində bir neçə xəstəlikdən əziyyət çəkirdi. Bir dəfə də öd kisəsində cərrahiyyə əməliyyatı edilmişdi.

Misirin yeni hakimiyyəti onu yaxınlarda korrupsiya ittihamları ilə istintaqa çəkməyə hazırlaşırdı.

Bütün xəbərləri izləyin

WSJ: Tərəfdaşları olmasa idi, İsrail İranın hücumuna tab gətirə bilməzdi

'Növbəti hədəf ola bilər' - İranın İsrailə hücumu. ABŞ müttəfiqləri toplayır
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

İsrail Amerika Birləşmiş Ştatları (ABŞ), digər Qərb və regional hərbi tərəfdaşların köməyi olmadan İranın aprelin 13-də gerçəkləşdirdiyi əməliyyatına dayana bilməzdi.

Bu, "The Wall Street Journal"da (WSJ) yazılıb.

Nəşrin məlumatına görə, İsrail dövləti, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini tuta bilib.

WSJ-nin vurğulamasına görə, ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında "böyük rol oynayıb".

Qəzetdə yazılır ki, amma İsrailin müttəfiqlərinin dəstəyi ilə belə bir təcrübəni "total müharibə şəraitində" təkrarlayacağı, xüsusən də "Arrow" və "Patriot" kimi sistemlərin yüksək qiyməti nəzərə alınsa, təkbaşına hücumlara tab gətirəcəyi bəlli deyil. Nəşrdə yazılanlara görə, bu məsələ İsrailin İranın zərbəsinə cavab verməyə hazırlığı fonunda əsas amil olaraq qalır.

WSJ qeyd edir ki, İsrail dövlətinin sərt cavabı regionda dağıdıcı nəticələrə gətirib çıxaracaq, əks hal isə onu və müttəfiqlərini "daha zəif" edəcək. Bundan əlavə, İsrail Yaxın Şərqdəki tərəfdaşlarının, o cümlədən onu kəşfiyyat məlumatları ilə təmin etmiş, habelə hava məkanını açmış İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maraqlarını nəzərə almalıdır.

WSJ daha əvvəl bildirmişdi ki, İsrail tezliklə İranın onun hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Nəşr bunun gününü dəqiq göstərməyib. Qəzetin mənbələri ABŞ-ın İsrailin belə hücum əməliyyatının heç birində iştirak etməyəcəyini vurğulayıb. Vaşinqton israr edir ki, İsrail dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir şey etməməlidir.

Astana Ermənistan-Azərbaycan danışıqlarında platforma təqdim etməyə hazırdır - Tokayev

Nikol Paşinyan Kasım-Jomart Tokayev ilə görüşür. 15 aprel 2024
Nikol Paşinyan Kasım-Jomart Tokayev ilə görüşür. 15 aprel 2024

Astana Yerevanla Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Bunu aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi brifinqdə deyib.

"Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır", - o bildirib.

Tərəflər iqtisadi və investisiya əməkdaşlığı məsələlərini də müzakirə edərək ixrac-idxal məhsullarının siyahısının artırılmasının vacibliyini vurğulayıblar.

"Qazaxıstan Ermənistana mal ixracını 350 milyon dollara çatdırmağa hazırdır, onların da fəallığına ümid edir", - deyən Tokayev Yerevanı Cənubi Qafqazda "etibarlı tərəfdaş" adlandırıb.

Onun sözlərinə görə, Ermənistan və Qazaxıstan üçün nəqliyyat, logistika zəncirlərinin inkişafı vacibdir.

Qazaxıstan lideri Ermənistanın Cənubi Qafqazda nəqliyyat əlaqələrini gücləndirmək istəyini yüksək qiymətləndirdiyini bildirib. "Astana Paşinyanın regionda "Sülh yolayrıcı" təşəbbüsünü alqışlayır. Həmçinin iki ölkə arasında hava nəqliyyatını stimullaşdırmaq lazımdır", - o əlavə edib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana ilk rəsmi səfəri kimi aprelin 15-də Yerevana gəlib.

2023-cü il oktyabrın 26-da Tbilisidə keçirilən "İpək Yolu" forumuna qatılan N.Paşinyan "Sülh yolayrıcı" layihəsi vasitəsilə regiona baxışını bölüşüb. Onun deməsinə görə, ölkəsi Qara, Xəzər və Aralıq dənizlərinə, habelə Fars körfəzinə çıxışlar əldə edəcək: "Bir şərtlə: yeni transmilli və beynəlxalq logistika marşrutlarının Ermənistan ərazisindən keçəcək hissələrinə bilavasitə rəsmi Yerevanın müvafiq qurumları nəzarət etməlidir".

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla işğal edilmiş ərazilərinə (o cümlədən Qarabağa) nəzarəti bərpa edib. Tərəflər (Azərbaycan və Ermənistan) sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

Ağ Ev: ABŞ İranla müharibəyə can atmır

ABŞ Milli Təhlükəsizlik Şurasının İsrailə hücum gecəsi iclası
ABŞ Milli Təhlükəsizlik Şurasının İsrailə hücum gecəsi iclası

Amerika Birləşmiş Ştatları (ABŞ) İsrailə özünü təhdidlərdən qorumağa kömək etməyə davam edəcək. Lakin İranla müharibə və ya Yaxın Şərqdə münaqişənin genişlənməsinə can atmır.

Bunu aprelin 14-də ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi İranın həmin günün gecəsi İsrailə yüzlərlə dron və raketlərdən istifadə etməklə həyata keçirdiyi hücumu dəyərləndirərkən deyib.

Tehran bu hücumun İranın Dəməşqdəki konsulluğuna endirilən zərbəyə cavab olduğunu və əməliyyatın məqsədlərinə çatdığını bildirir (Aprelin 2-də İranın Suriyadakı diplomatik missiyasının ərazisinə İsrailin ehtimal edilən hava hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 üzvü həlak olub). İran hazırda münaqişəni daha da gərginləşdirməyə çalışmadığını, əksinə, İsrailin onun ərazisinə hücumlar edəcəyi təqdirdə daha güclü zərbələrlə buna qarşılıq verəcəyini bəyan edib.

'Növbəti hədəf ola bilər' - İranın İsrailə hücumu. ABŞ müttəfiqləri toplayır
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Bundan əvvəl Amerika mediası Ağ Evdəki yüksək vəzifəli məmurlara istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində ölkəsinin İrana qarşı heç bir hücum əməliyyatında iştirak etməyəcəyini bildirib. Eyni zamanda o, Netanyahunu əmin edib ki, ABŞ İsraili qorumağa sadiqdir. ABŞ aprelin 14-ü gecə İsrailə hücumun dəf olunmasında iştirak edib.

İsrail Müdafiə Ordusunun məlumatına görə, İran tərəfindən buraxılan raketlərin və dronların 99 faizi, ümumilikdə 300-dən çoxu (əksəriyyəti də İsrail ərazisindən kənarda) vurulub. İsrail Neqev səhrasındakı bir hərbi bazaya cüzi ziyan dəydiyini bildirib.

İran isə öz növbəsində, İsraildə nəzərdə tutulan bütün hərbi obyektləri vurduğunu iddia edir.

"ABC News" bir ABŞ rəsmisinə istinadən İranın azı doqquz raketinin İsrailin hava hücumundan müdafiə sistemini keçərək iki hava bazasını vurduğunu xəbər verir. Bildirildiyinə görə, beş raket İsrailin "Nevatim" aviabazasına düşüb, C-130 nəqliyyat təyyarəsinə, uçuş-enmə zolağına və anbar obyektlərinə ziyan vurub. Dörd raketin isə İsrailin Neqev səhrasındakı hava bazasına düşdüyü vurğulanıb.

'Qorxuruq... İran böyük dövlətdir'. İsrailli sakinlərlə söhbət
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

"Uyğun gördüyü vaxt və şəkildə"

İsrail Nazirlər Kabineti İrana mümkün cavabları müzakirə edir. Medianın məlumatına görə, sərt xətt tərəfdarları İrandakı hədəflərə birbaşa zərbə endirilməsinin tərəfdarıdırlar. "The New Times" qəzetinin yazdığına görə, birbaşa zərbə hazırlanırdı, lakin Netanyahu ilə Bayden arasında telefon danışığından sonra, Vaşinqtonun rəyi nəzərə alınaraq, onun ləğv olunduğu və ya təxirə salındığı ehtimal edilir.

İsrail hərbi kabinetinin üzvü Benni Qants Tehrana qarşı "regional koalisiya"dan danışaraq qeyd edib ki, ölkəsi İrana "uyğun gördüyü vaxt və şəkildə" cavab verəcək. Bəzi fikirlərə görə, bu bəyanatlar onu göstərə bilər ki, İrana qarşı təcili cavab tədbirləri hazırda İsrailin prioriteti deyil.

Agentliklər aprelin 14-də bildiriblər ki, İran hücumdan əvvəl Birləşmiş Ştatların NATO müttəfiqi olan Türkiyəni bununla bağlı məlumatlandırıb və ABŞ da, öz növbəsində, Ankara vasitəsilə Tehrana zərbələrin "müəyyən hədləri" aşmayacağı barədə gözləntilərini çatdırıb. Söhbət diplomatik mənbələrdən alınan qeyri-rəsmi məlumatdan gedir. Onlar qeyd edirlər ki, İsrail ordusunun hava hücumundan müdafiə sistemləri ilə təchizat dərəcəsi və müttəfiqlərinin köməyi nəzərə alınmaqla, İran, ehtimal, hücumun, əsasən, nümayiş xarakteri daşımasını nəzərdə tuturdu.

'Bloomberg': İranın İsrailə zərbələri qaçılmazdır

İranın 2000 km mənzilli "Xeybar" yer-yer tipli ballistik raketi
İranın 2000 km mənzilli "Xeybar" yer-yer tipli ballistik raketi

"İran və onun müttəfiqlərinin İsrailə zərbələri qaçılmazdır", - "Bloomberg" bir sıra Qərb mənbələrinə istinadən belə yazır və bunun yaxın günlərdə həyata keçiriləcəyini iddia edir.

ABŞ nəşrinin yazdığına görə, İran və Tehranın Yaxın Şərqdəki müttəfiqləri İsraildəki hərbi hədəflərə, hökumət binalarına hücum edə bilərlər. "Bu zərbələr zamanı pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli raketlərdən istifadə edilə bilər", - vurğulayan "Bloomberg" mənbələri rəsmi Tehranın İsrailə zərbə endirmək üçün artıq prinsipial qərar verdiyini iddia edir.

"Qeyri-müəyyənlik zərbələrin baş vermə ehtimalı deyil, onların tarixi ilə bağlıdır", - Amerika güc strukturlarından birinin adının çəkilməsini istəməyən nümayəndəsi nəşrə bildirib.

İran hakimiyyəti bu iddiaları təkzib etmir.

"İsrail aprelin əvvəlində İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə hücum edərkən səhv edib və bu hücuma görə cəzalandırılacaq". Bunu İran İslam Respublikasının ruhani lideri ayətullah Əli Xamenei Fitr bayramı münasibətilə müraciətində deyib. Aprelin 2-də İranın Dəməşqdəki konsulluğuna edilən hücumda ölkənin ən nüfuzlu qüvvəsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun bir qrup zabiti öldürülüb.

O xatırladıb ki, konsulluq və səfirliklər harada yerləşməsindən asılı olmayaraq, təmsil etdikləri dövlətin ərazisi hesab olunur. "Onlar konsulluğumuza hücum edəndə ərazimizə hücum ediblər", - o əlavə edib.

Qəzzada ötən ildən başlayan hərbi əməliyyatların dayandırılması ilə bağlı İsrail hökuməti ilə fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton İran məsələsində Netanyahu hökumətini şəksiz dəstəkləyəcəyini bəyan edir.

Çərşənbə günü, aprelin 10-da ABŞ prezidenti Co Bayden Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı xəbərdarlıqları fonunda İsraili qorumaq üçün hər şeyi etməyə hazır olduğunu açıqlayıb. İsrailin müdafiə naziri Yoav Qalant da hər hansı dövlətin hücumu gerçəkləşərsə, "qətiyyətli hücum hərəkətləri" ilə "çox tez" cavab veriləcəyini vəd edib.

Bu arada "Axios" portalı iki İsrail rəsmisinə istinadən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurillanın İrandan mümkün hücum zamanı hərəkətləri əlaqələndirmək üçün aprelin 11-də onların ölkələrinə gələcəyini xəbər verib.

'Fransanın hamının istədiyi hərbi texnikası var, Paris Ermənistana verir' - səfir

Olivye Dekotinyi
Olivye Dekotinyi

"Fransanın hər kəsin əldə etmək istədiyi hərbi texnikası var. Fransa onu Ermənistana verir", - Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi özünün X səhifəsində yazıb.

Səfir postuna "Politico" qəzetində "Thales" şirkətinin (Fransa) radar istehsalı ilə bağlı məqaləyə keçid də əlavə edib.

Məqalədə şirkətin 2008-ci ildən bəri dünyanın 32 ölkəsinə 200, təkcə 2023-cü ildə isə 40 GM radarı satdığı bildirilir.

Həmçinin qeyd edilir ki, Paris son aylar Ermənistana üç, Moldovaya bir GM200 sistemi satıb. Moldova onlardan Avropa İttifaqının Avropa Sülh Fondunun maliyyələşdirdiyi daha bir yenisini almağa hazırlaşır.

Payızda Ermənistan və Fransa hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar. Artıq fevralda Fransa müdafiə naziri Ermənistanın zirehli texnikanın ilk partiyasını aldığını açıqlayıb.

Paris dəfələrlə bəyan edib ki, Ermənistana ancaq müdafiə texnikası verir. Yerevanda Ermənistanın müdafiə naziri Suren Papikyan ilə keçirdiyi birgə mətbuat konfransında Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu bu regionda prioritet məsələnin həm əhalinin, həm də sərhədlərin qorunması olduğunu bildirib. O vurğulayıb ki, heç kim Ermənistan ordusunu müdafiə imkanlarını gücləndirdiyinə görə tənqid edə bilməz.

"Bu səylər sizə özünüzü ən yaxşı şəkildə müdafiə etməyə imkan verəcək", – Lekornu deyib.

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Rusiya uzun müddət Ermənistanın əsas silah və sursat təchizatçısı olub. Ancaq ikitərəfli münasibətlərin pisləşdiyi bir vaxtda Yerevan digər silah təchizatçıları axtarmağa başlayıb. 2022-ci ilin sentyabrından bəri Hindistanla da azı 400 milyon dollarlıq müdafiə müqavilələrinin imzalandığı bildirilir.

Atmosferdə istixana qazları yeni rekorda 'imza atıb'

Kömürlə işləyən elektrik stansiyası
Kömürlə işləyən elektrik stansiyası

2023-cü ildə Yer atmosferində qlobal istiləşməyə kömək edən istixana qazlarının - karbon qazı, metan və azot oksidin konsentrasiyası müşahidələr tarixində yenidən rekord səviyyəyə çatıb.

Bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) məlumat yayıb.

Məlumatda bildirilir ki, qalıq yanacaqların yandırılması, heyvandarlığın inkişafı və meşələrin qırılması səbəbindən karbon qazının səviyyəsi indi kütləvi sənayeləşmədən əvvəlki vaxtdan 50 faiz yüksəkdir.

Metan atmosferə neft, qaz quyularının qazılması zamanı, həmçinin inəklərin və digər gövşəyən heyvanların təbii tullantılarından daxil olur. İndi onun atmosferdə konsentrasiyası sənayedən əvvəlki dövrlə müqayisədə 160 faiz yüksəkdir.

Azot gübrələrindən geniş istifadə, kanalizasiya sularının təmizlənmə və yanacağın yanması nəticəsində havada azot oksidinin miqdarı təxminən əsr yarımda 25 faiz artıb.

NOAA alimlərinin habelə hesablamalarına görə, hazırda atmosferdəki karbon qazının konsentrasiyası təxminən 4.3 milyon il əvvəlki ilə müqayisə edilə bilər. "O zaman insanlar yox idi, dəniz səviyyəsi, demək olar ki, 23 metr yüksək idi və Arktika tundrasında ağaclar bitirdi", - məlumatda bildirilir.

Eyni zamanda vurğulanır ki, istixana qazları qlobal istiləşmənin əsas amillərindən biridir. Qlobal temperaturun artması səbəbindən daşqınlar, quraqlıqlar, meşə yanğınları, tufanlar, soyuq-isti dalğaları daha tez-tez baş verir və daha da şiddətlənir.

Qəzzada danışıqlar dalana dirənib, 'Rəfaha hücumun tarixi bəllidir' deyilir

İsrail quru qüvvələrini Qəzza zolağının cənubundan çıxardıqdan sonra Xan Yunisdə insanlar dağılmış binaların yanından keçirlər.
İsrail quru qüvvələrini Qəzza zolağının cənubundan çıxardıqdan sonra Xan Yunisdə insanlar dağılmış binaların yanından keçirlər.

Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatlarının (AB) terror təşkilatı kimi tanıdığı HƏMAS hərəkatının nümayəndələri İsrailin atəşkəs təklifini rədd ediblər.

Ötən bazar günü, aprelin 7-də İsrail və HƏMAS Misirə nümayəndə heyətləri göndərib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də danışıqlarda iştirak etmək üçün Misirə gəlib.

Qahirədəki danışıqlarda HƏMAS ilə İsrail arasında müqavilə imzalanacağı gözlənirdi. Buna əsasən, İsrailin girovların azad edilməsi əvəzində atəşi dayandıracağına ümid edilirdi.

HƏMAS-ın adının çəkilməsini istəməyən rəsmisi deyib ki, İsrailin mövqeyində dəyişiklik görməyiblər, ona görə də "Qahirədəki danışıqlarda yeni heç nə yoxdur".

Fələstin tərəfinin açıqlamalarından sonra İsrailin baş naziri Benyamin Netanyahu danışıqlarla bağlı ətraflı məlumatlandırıldığını bildirib.

"Qələbə üçün Rəfaha daxil olmaq və orada yerləşən terrorçu batalyonları məhv etmək lazımdır. Bunun nə vaxt baş verəcəyi ilə bağlı artıq tarix var", – vurğulayan Netanyahu bu tarixi açıqlamayıb.

Rəfah şəhəri son aylar Qəzza zolağında gedən döyüşlərdən qaçan fələstinlilər üçün son sığınacaq olub.

Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının gözlənilmədən yəhudi yaşayış məntəqələrinə hücum etməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Həmin hücumlar nəticəsində min 200-ə yaxın israillinin öldürüldüyü, 250-dən çoxunun girov götürüldüyü bildirilir.

Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı isə 32 mini keçib.

İsrail hökuməti Qəzza zolağının HƏMAS-dan tamamilə təmizlənəcəyini açıqlayıb. Çoxlu sayda ölkə İsrailin cavab addımlarını qeyri-mütənasib hesab edir.

Rus Dili İnstitutunun əməkdaşları saxlanıb

Rus dilini bilmək barədə sertifikat
Rus dilini bilmək barədə sertifikat

Moskvada Puşkin adına Dövlət Rus Dili İnstitutunun beş əməkdaşı saxlanıb. İstintaq Komitəsi onları xaricilərə yaşayış icazəsi almaq üçün rus dilini bildikləri barədə saxta sənədlər verməkdə şübhəli sayır.

"CurrentTimeTV" xəbər verir ki, şübhəlilərin evlərində, iş yerlərində axtarışlar aparılıb, bundan sonra onlar qeyri-qanuni miqrasiyanın təşkilində və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunublar.

Martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən terror aktından sonra bu cür ittihamların və cinayət işlərinin kəskin artdığı bildirilir. Həmin terror nəticəsində 150-ə yaxın şəxsin həlak olduğu, mindən çox insanın isə xəsarət aldığı açıqlanıb. İstintaq terroru törətməkdə miqrant işçiləri şübhəli sayır.

Martın sonunda Sankt-Peterburqda 30 nəfər, o cümlədən yerli universitetlərin müəllimləri saxlanıb. İstintaqın versiyasına görə, onlar "miqrantlara rus dilini, tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmələri barədə sertifikatların verilməsi üçün qanunsuz sxem təşkil ediblər". İddiaya görə, bu da onlara ayda 7.5 milyon rubl (81 min 150 ABŞ dolları) qazandırıb.

Kütləvi həbslər Krasnoyarsk və Çeboksarıda da aparılıb.

Prezident Zurabişvili 'xarici agent' qanununa veto qoyacaq

Gürcüstan prezidenti Salome Zuuravbişvili
Gürcüstan prezidenti Salome Zuuravbişvili

Gürcüstan prezidenti Salome Zuravbişvilinin parlamentin “xarici agent” qanununu qəbul edəcəyi təqdirdə ona veto qoyacağı bildirilir.

Bu məlumatı prezidentin parlamentdəki nümayəndəsi Giorgi Msxiladze deyib.

Msxiladzenin sözlərinə görə prezident özünün konstitusiya hüququndan istifadə edərək “Xarici Təsirin Şəffaflığı” adlı qanuna veto qoyacaq.

Mahiyyət etibarilə Rusiyanın bədnam xarici agent qanununa bənzəyən bu qanunvericilik aktının layihəsi 2023-cü ilin yazında hakim “Gürcü arzusu” partiyasının dəstəyi ilə parlamentə təqdim olunmuşdu.

İctimaiyyətin geniş kütlələri və Avropa təsisatları bu təşəbbüsə sərt tənqidi münasibət ifadə etmişdilər.

Gürcüstanda bir neçə gün davam edən küçə etirazları və toqquşmalardan sonra hakimiyyət qanun layihəsini geri götürməli olmuşdu.

Gürcüstan iqtidarı indi nə deyir?

Amma indi, Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd statusu aldıqdan sonra iqtidar bu məsələni yenidən gündəmə gətirməyi planlaşdırır.

Bunu bu partiyanın parlamentdəki fraksiyasının lideri Mamuka Mdinaradze demişdi.

O vurğulayıb ki, qanun layihəsinin yeganə tələbi xaricdən maliyyə alan təşkilatların illik maliyyə hesabatlarını dərc etmələridir. Fraksiya lideri deyib ki, layihədə bu tələbin pozulmasına görə yalnız cərimə nəzərdə tutulur:

"Keçən il bizim yeganə günahımız ünsiyyətlə bağlı problemlər idi... Ola bilsin, çoxları bunu indi eşidirlər, mən yalnız bəyan etmək öhdəliyindən danışıram".

Onun sözlərinə görə, qanun layihəsi parlamentin yaz sessiyası başa çatana qədər hər üç oxunuşda qəbul olunacaq.

Qırğızıstan rəhbərliyinə sui-qəsddə ittiham olunanlar Azərbaycana verilib

Mütəşəkkil cinayətkar dəstənin üzvləri olduğu bildirilən Azərbaycan vətəndaşlarının saxlanılması
Mütəşəkkil cinayətkar dəstənin üzvləri olduğu bildirilən Azərbaycan vətəndaşlarının saxlanılması

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) əvvəllər Bişkekdə saxlanan və kəşfiyyat xidmətinin transmilli mütəşəkkil cinayətkar qrupun (MQ) üzvləri adlandırdığı şəxsləri Azərbaycan hakimiyyətinə təhvil verib. Bu barədə MTDK-nın Mətbuat xidmətindən məlumat verilib.

Həmin Azərbaycan vətəndaşları martın 22-də Bişkekin mərkəzində 261-ci (Mütəşəkkil dəstə yaratma və ya orada iştirak) maddə ilə açılmış cinayət işi çərçivəsində saxlanıblar. Ümumilikdə beş nəfərdirlər. Kəşfiyyat xidmətinin məlumatına görə, onlar martın 20-də kriminal təsirlərini gücləndirmək üçün Qırğızıstana gəliblər.

"Həmin şəxslər... Azərbaycanın hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə uyğun olaraq onların sorğusu ilə aprelin 7-də "Manas" Beynəlxalq Hava Limanında Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib", - MTDK-dan bildirilib.

Həmin şəxslərin həbsindən sonra Dövlət Komitəsi onların keçmiş gömrük məmuru Rayımbek Matraimov ilə əlaqəli olduqlarını bildirib. Bundan əlavə, MTDK mütəşəkkil cinayətkar dəstənin saxlanılan üzvlərinin Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd hazırlaması barədə məlumat yayıb.

Matraimovun özünü daha üç şəxslə birlikdə xüsusi xidmət orqanları martın 26-sı axşam saatlarında Azərbaycandan Qırğızıstana aparıb. (Onların dördü də Qırğızıstan vətəndaşı olub) Ertəsi gün məhkəmə onun aprelin 26-dək həbsdə saxlanmasına qərar verib.

Matraimov Cinayət Məcəlləsinin 169-cu (Qanunsuz olaraq azadlıqdan məhrum etmə) və 222-ci (Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması)) maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli bilinir.

İstər R.Matraimovun, istərsə də sui-qəsdə hazırlıqda ittiham edilən şəxslərin və yaxınlarının ittihamlara münasibətini ayrılıqda öyrənmək mümkün olmayıb.

İran qisas alacağını bir daha bəyan edib

Builki anti-İsrail mitinqləri həm də briqada generalı Məhəmməd Rza Zahedinin və başqa İİKK zabitlərinin dəfn mərasimi kimi keçirilir
Builki anti-İsrail mitinqləri həm də briqada generalı Məhəmməd Rza Zahedinin və başqa İİKK zabitlərinin dəfn mərasimi kimi keçirilir

İran aprelin 5-də İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) 7 üzvünün ölümünə görə qisas alacağını bir daha bəyan edib.

İnqilab keşikçilərinin İsrailin Suriyaya hava zərbələri nəticəsində həlak olduğu düşünülür.

İranın Dəməşqdəki səfirliyinin konsul şöbəsi olduğu deyilən bina aprelin 1-də endirilmiş hava zərbələri nəticəsində dağılıb. Tehran bu zərbələrə görə İsraili ittiham edir.

İsrail isə bir qayda olaraq belə hava zərbələri barəsində şərh vermir.

İİKK-nin baş komandanı general-mayor Hüseyn Səlami Tehranda keçirilən “Qüds (Yerusəlim-red) günü” mitinqi zamanı deyib:

“Bizim müqəddəs sistemimizə qarşı hər hansı düşmənin hərəkəti cavabsız qalmayacaq”.

Ramazanın son cüməsi

İranda Ramazan ayının son cümə günündə ənənəvi olaraq Fələstinə dəstək anti-İsrail mitinqləri keçirilir.

Xəbər verilir ki, builki mitinqlər həm də briqada generalı Məhəmməd Rza Zahedinin və başqa İİKK zabitlərinin dəfn mərasimi kimi keçirilir.

İran televiziyası bu mitinqlərin fasiləsiz canlı translyasiyasını verir.

Nümayiş iştirakçıları mitinqə İİKK zabitlərinin portretləri və “İsrailə ölüm!” və “Amrikaya ölüm!” plakatları ilə çıxıblar.

İranın dövlət mediasında Amerika bayraqlarının və İsrailin baş naziri Binyamin Netanyahunun müqəvvasının yandırılması videoları dərc olunub.

“Qərar qəbul olunub”

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi bu həftənin əvvəllərində demişdi ki, İsrail “bizim cəsur oğullarımız tərəfindən cəzalandırılacaq”.

Bəzi təhlilçilərin yozumuna görə bu, o deməkdir ki, İran İsrailə regional müttəfiqləri və proksilərinin əli deyil, özü cavab vermək niyyətindədir.

İİKK-nin keçmiş baş komandanı Mohsen Rezayi aprelin 5-də mühafizəkar Təsnim xəbər agentliyinə deyib ki, İsrailə cavab məsələsində “qərar qəbul olunub” və “mütləq həyata keçiriləcək”.

Rezayi məsələnin detallarını açıqlamayıb.

Şərhçilər deyirlər ki, İslam respublikasının mühafizəkar dəstəkçiləri öldürülmüş zabitlərin qisasının alınmasını tələb edirlər.

Ötən dekabrdan bəri Suriyada İsrailin endirdiyi deyilən hava zərbələri nəticəsində, generallar da daxil İİKK-nin azı 18 zabiti həlak olub.

Murmansk qubernatoru bıçaqlanıb

Andrey Çibis
Andrey Çibis

Rusiya Federasiyasının Murmansk vilayətinin qubernatoru Andrey Çibisə aprelin 4-ü axşam saatlarında Apatiti şəhərində hücum edilib. Naməlum şəxsin qubernatoru bıçaqlayaraq yaraladığı bildirilir.

"İnterfaks"ın həmsöhbəti əlavə edib ki, hücumdan sonra Çibis təkbaşına özü maşına tərəf gedib və Apatitı-Kirov Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, naməlum şəxs qubernatora şəhər mədəniyyət mərkəzində yerli sakinlərlə görüşünü bitirdikdən sonra hücum edib.

Çibis qarnından bıçaqlanıb.

"RİA Novosti" xəstəxananın baş həkimi Yuri Şiryayevə istinadən xəbər verir ki, qubernatorun vəziyyəti ağırdır, reanimasiyadadır, əməliyyat olunub.

Hücum edən şəxsin dərhal saxlandığı qeyd edilir. Saxlananın 42 yaşlı Apatiti şəhər sakini olduğu üzə çıxıb. Bəzi məlumatlara görə, hücum edən şəxsi Rosqvardiyanın əməkdaşı odlu silahla yaralayıb.

A.Çibisin siyasi karyerası 2004-cü ildə başlayıb. Ryazan vilayətinin qubernatorunun müşaviri, sonra isə Çuvaşiya Prezident Administrasiyasının ekspert şöbəsinin müdiri olub.

2019-cu ilin martında prezident Vladimir Putinin fərmanı ilə Çibis Murmansk vilayətinin qubernatoru vəzifəsini icra edib. 2019-cu ilin sentyabrında 60 faiz səslə qubernator seçkilərinin birinci turundan qalib çıxıb. Onun səlahiyyət müddəti 2024-cü ilin sentyabrında başa çatmalıdır.

Aİ Ermənistana 'atəş açmayan' silahlar verəcək

Vasilis Maraqos
Vasilis Maraqos

Avropa İttifaqı (Aİ) öldürücü olmayan silahlarla Ermənistan Silahlı Qüvvələrinə dəstək vermək niyyətindədir.

Bu barədə Aİ-nin səfiri Vasilis Maraqos aprelin 4-də Milli Assambleyada "Ermənistanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər və çağırışlar" adlı dinləmələrdə bildirib.

Onun sözlərinə görə, söhbət mövcud potensialın gücləndirilməsinə kömək edəcək zəruri dəstəkdən gedir. "Bu, Avropa Sülh Fondu çərçivəsindədir", – Maraqos açıqlayıb.

O, həmçinin əlavə edib ki, Aİ Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsi və nizamlanmasına sadiqdir.

Noyabrda Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistana öldürücü olmayan silahlarla dəstək imkanlarını əlavə araşdıracağını bəyan etmişdi.

Səfir Maraqos AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Aİ Ermənistan silahlı qüvvələrinə dəstək vermək üçün konkret təkliflər hazırlamaq niyyətindədir.

Qeyd edilən qəbil silahlar atəş xüsusiyyətlərinə malik olmayan silahlardır. Bura daha çox mina axtaran qurğular, hava hədəflərini aşkar edən sistemlər, radioelektron vasitələr, qoruyucu jilet və dəbilqələr daxildir.

KTMT ondan çıxmaqla bağlı Yerevandan bildiriş almadığını bildirir

Son vaxtlar Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyinin işində iştirak etməyib. Lakin o, təşkilatdan çıxmaqla bağlı heç bir bildiriş göndərməyib.

Bu barədə "Kommersant"a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bəhs edib.

"Katiblik Yerevandan KTMT üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama almayıb", - deyən Tasmaqambetov həmçinin qeyd edib ki, qurumun katibliyi qəbul olunan qərarlar barədə Yerevanı məlumatlandırır.

Eyni zamanda, KTMT-nin baş katibi quruma yeni ölkələrin də qoşula biləcəyini istisna etməyib. Tasmaqambetov söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

"KTMT böhranlı vəziyyətlərin həllinin siyasi və diplomatik üsullarına üstünlük vermək də daxil, iştirak üçün çox əlverişli şərtlər təklif edir", - KTMT-nin baş katibi bildirib.

Ermənistanın Rusiya və KTMT ilə münasibətləri 2022-ci ilin sentyabrında sonra soyuyub. Ermənistan hesab edir ki, tələblərinə baxmayaraq, KTMT blokun üzvü olan ona qarşı Azərbaycanın hücumunu hələ də pisləməyib və ərazilərinin işğalı faktını təsbit etməyib.

Azərbaycan isə, öz növbəsində, Ermənistana hücum və onun ərazisini işğal etməsini təsdiqləmir.

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına 'yox' dedi
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Buna cavab olaraq Yerevan sərhəddə KTMT müşahidəçilərinin yerləşdirilməsi təklifini rədd edib. 2024-cü ildə baş nazir Nikol Paşinyan bəyan edib ki, Yerevanın alyansdakı üzvlüyü de-fakto dondurulub və müttəfiqlərin mövqeyi dəyişməsə, de-yure də dondurula bilər.

Paşinyan bu yaxınlarda da bildirib ki, əgər "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir" sualının cavabı onların ideyalarına uyğun olarsa, bu, hərbi ittifaq ilə bağlı problemlərin həlli demək sayılacaq. Əks halda, baş nazir bir daha xəbərdarlıq edib ki, Ermənistan alyansdan çıxacaq.

Moskva buna cavabında bildirib ki, onlar öz praktiki addımlarını planlaşdırarkən Ermənistan rəhbərliyinin açıqlamalarını izləyəcəklər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Yerevanı KTMT-dəki statusu ilə bağlı yekun qərar verməyə çağırıb.

Hazırda KTMT-nin altı üzvü var: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan. Qurumun əsası 1992-ci ildə qoyulsa da, indiki formada 2002-ci ildə təşkil edilib.

İranın cənubunda baş vermiş toqquşmalarda çox sayda ölən olduğu xəbər verilir

İranın Sistan-Bəlucistan ostanında hökumət qüvvələri ilə Ceyş əl-Ədl silahlıları arasında toqquşmalarda 20-dən çox zabit və yaraqlı həlak olub.

Ceyş əl-Ədl İranda, habelə ABŞ da daxil bir neçə Qərb ölkələrində terrorçu təşkilat kimi tanınıb.

Reuters agentliyinin yazdığına görə hüquq-mühafizə rəsmiləri yerli mediaya Rask, Sərbaz və Çabahar şəhərlərində 14 saat davam edən döyüşdə 11 hökumət hərbçisinin və 18 silahlının həlak olduğunu bildiriblər.

İranın Daxili İşlər Nazirliyi bu məlumatı təsdiq edib və bildirib ki, hər iki tərəfdən ölü sayı hələ arta bilər.

Ceyş əl-Ədlin muxtariyyət mübarizəsi

Sistan-Bəlucistan hüquq-mühafizə qüvvələrinin komandanı Əlirza Dəliri deyib ki, toqquşmadan əvvəl girov götürülənlər olub, amma hadisə hücum edənlərin məhv edilməsi ilə başa çatıb.

Reuters yazır ki, həmin hadisədə ölənlərin hüquq-mühafizə orqanlarının verdiyi ölü sayına daxil olub-olmadığı məlum deyil.

İranda bəluc etnik azlığına daha geniş muxtariyyət verilməsi uğrunda döyüşən Ceyş əl-Ədl əsasən İranda və bəzi məlumatlara görə qonşu Pakistanda fəaliyyət göstərir.

Təhlükəsizlik orqanlarının məlumatına görə İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) və yerli polis qüvvələrinin Rask və Çabahardakı bazalarına hücum nəticəsində azı 5 təhlükəsizlik əməkdaşı həlak olub.

Bəluclar

IRNA agentliyi xəbər verir ki, hökumət qüvvələrinin verdiyi itkilər arasında bir əsgər, bir İİKK, bir Bəsic üzvü və iki polis var.

İİKK quru qoşunları komandanı Məhəmməd Pakpur deyib ki, hücum edənlər eyni vaxtda bir neçə məntəqəni hədəfləyiblər.

Bundan əvvəl, yanvarın 20-də Rask polis məntəqəsinə hücuma görə də məsuliyyəti öz üzərinə Ceyş əl-Ədl götürmüşdü.

Şiə ölkəsi olan İranda bəluclar sünni azlığı təmsil edirlər və onlar uzun müddət hakimiyyət orqanlarının zorakılıq və diskriminasiyası ilə üzləşiblər.

Bu da xəbər verilir ki, Əfqanıstan və Pakistanla həmsərhəd olan bu bölgə həm də Əfqanıstandan Qərbə nəql olunan narkotiklərin əsas marşrutu sayılır.

Gürcüstan hökuməti prezidentin Litva səfərinə icazə verməyib

Salome Zurabişvili
Salome Zurabişvili

Gürcüstan hökuməti ölkə prezidenti Salome Zurabişvilinin Vilnüsə işçi səfərinə icazə verməyib.

Bu barədə məlumat aprelin 4-də Nazirlər Kabinetinin saytında yerləşdirilib. Prezidentin icazə müraciətinə niyə rədd cavabı verilməsinin səbəbləri açıqlanmır.

Zurabişvili Vilnüsə işçi səfərini 10-12 aprel tarixlərinə planlaşdırmışdı.

Prezident ona icazə verilməməsinə rəğmən Litvaya səfər edib-etməyəcəyinə dair hələ ki heç nə deməyib.

Bununla belə Interfax agentliyi hakim “Gürcü arzusu” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxi Kaladzenin sözlərini sitat gətirib.

Kaladze deyib ki, Zurabişvili ölkənin inkişafına mane olur. O habelə iddia edib ki, prezident “ölkənin açıq-aşkar düşməni olan radikal müxalifət qüvvələrini” ətrafına toplayıb.

Gürcüstan hökumətinin bu son qərarı hakim partiya siyasətçiləri ilə dövlət başçısı arasında olan dərin ixtilafı bir daha nümayiş etdirib.

Bundan əvvəl

Ötən payızda qərbyönlü və ukraynayönlü baxışlarına görə Zurabişvilinin populyarlığının sürətlə yüksəldiyi bir vaxtda hakimiyyət partiyası parlamentdə onun impiçmenti məsələsini qaldırmışdı.

Prezidenti 2023-cü ildə hökumətin razılığı olmadan bir neçə xarici səfərə çıxdığına görə ittiham edirdilər.

Amma son nəticədə iqtidar partiyasının impiçment təşəbbüsü iflasa uğramışdı. “Gürcü arzusu” partiyası başqa deputatlardan dəstək ala bilməmişdi.

O vaxt AzadlıqRadiosuna müsahibəsində Salome Zurabişvili demişdi ki, hakim partiya “demokratiyanı və Gürcüstanın Avropa gələcəyini məhv etmək istəyir”.

Gürcüstan hökuməti Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra da Qərblə yaxınlaşma kursunu davam etdirir, amma eyni zamanda Moskva ilə də münasibətlərini korlamamağa çalışır.

Daha rusiyayönlü mövqe tutan “Gürcü arzusu” hökuməti Moskvanın Ukraynaya müdaxiləsini pisləsə də, Rusiyaya qarşı sanksiyalar irəli sürməyib.

İranda edamlar son səkkiz ilin rekord həddinə çatıb

Brüsseldə İranda edamlara qarşı etiraz aksiyası
Brüsseldə İranda edamlara qarşı etiraz aksiyası

2023-cü ildə İranda edamlar son səkkiz ilin rekord həddinə çatıb.

Amnesty International təşkilatının hesabatında deyilir ki, bu edamların təxminən yarısı narkotiklərlə bağlı çıxarılmış hökmlər əsasında icra olunub.

Təşkilat vurğulayır ki, bu fakt İran hakimiyyətinin əhalinin yoxsul və marginallaşmış təbəqələrini narkotiklərlə bağlı ifrat hədəflədiyini göstərir.

Aprelin 4-də açıqlanmış hesabatda deyilir ki, ötən il İranda 853 edam icra olunub və bunun 481-i narkotiklərlə bağlı olub.

Amnesty-nin Yaxın Şərq və Şimali Afrika üzrə regional direktorunun müavini Diana Eltahavi deyib:

“Ölüm cəzası bütün hallarda müdhiş cəzadır, lakin bunun İnqilab Məhkəmələrinin əsasən ədalətsiz hökmləri vasitəsilə geniş miqyasda həyata keçirilməsi hakimiyyətdən misilsiz şəkildə sui-istifadə deməkdir”.

Etnik azlıqlara qarşı

Eltahavi əlavə edib ki, İranın dəhşətli antinarkotika siyasəti yoxsulluğun artmasına, sistematik ədalətsizliyə və marginallaşmış icmalara qarşı diskriminasiyaya rəvac verir.

Eltahavi bu baxımdan xüsusilə də bəluc etnik azlığının problemlərini dilə gətirib.

Amnesty hesabatı habelə hökumətin ölüm hökmlərindən etirazçılara, dissidentlərə və məzlum etnik azlıqlara qarşı silah kimi istifadə etməsini tənqid edir.

Hesabat dünya birliyini İranda ölüm hökmlərinə moratorium qoyulması üçün Tehrana təzyiqləri artırmağa çağırır.

2022-ci ilin ikinci yarısında İranı etirazlar dalğası bürüyəndə Amnesty yazırdı ki, “İran hakimiyyəti ölüm hökmündən fərqli düşüncəyə qarşı istifadəni intensivləşdirib”.

Rəsmi statistika olmasa da

Bu da qeyd olunur ki, İranda ötən il ərzində edamların sayı 2015-ci ildən bəri ən yüksək nöqtəsinə çatıb.

Bu, həm də İbrahim Rəisinin prezident, Qulamhsüeyn Ejeyinin isə ədliyyə başçısı olduğu 2021-ci illə müqayisədə 172 faiz çoxdur.

İran hökuməti edamlarla bağlı rəsmi statistikanı açıqlamır və buna görə də Amnesty hesabatı hazırlayarkən İran insan haqları qruplarının sənədləşdirdiyi hallara, dövlət mediası kimi açıq mənbələrə istinad edib.

2024-cü ilin 20 martınadək olan müddətdə 95 edam haqqında xəbərlər verilib. İnsan haqları qrupları isə bildirirlər ki, edamların real göstəriciləri bundan daha yüksək olmalıdır.

Poroşenko yenidən namizədliyini verəcək

Petro Poroşenko
Petro Poroşenko

Ukraynanın beşinci prezidenti Petro Poroşenko deyib ki, yenidən dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.

O bu barədə Əl-Cəzairə telekanalına müsahibəsində deyib. Siyasətçi əlavə edib ki, bunun üçün müharibənin başa çatmasını gözləmək lazım gələcək:

"Bəli mən növbəti prezident seçkisində iştirak etmək niyyətindəyəm. Amma bu seçkilər üçün bizə əvvəlcə qələbə lazımdır”.

Keçmiş prezident bunu da deyib ki, əgər Ukrayna Avropa İttifaqına üzv olsa, o da Avropa Parlamenti üzvlüyünə namizədliyini verəcək.

Müharibə başa çatanda

Bundan əvvəl ABŞ-ın Fox News telekanalına müsahibəsində indiki prezident Volodimir Zelenski demişdi ki, o növbəti seçkinin nəzərdə tutulduğu vaxtda, yəni 2024-cü ilin martında keçirilməsini istərdi.

Lakin onun sözlərinə görə müharibə şəraitində hamının səsvermə hüququnu təmin etmək son dərəcə çətin olardı. Buna görə də seçki müharibə başa çatanda keçiriləcək.

Petro Poroşenko prezident vəzifəsini 2014-2019-ci illərdə icra edib.

2019-cu ildə keçirilən son seçkidə Poroşenko Zelenski ilə rəqib idi. Onların hər ikisi ikinci tura keçmişdi. Lakin seçkidə səslərin 75 faizini toplayan Zelenski qalib oldu. Poroşenkoya seçicilərin 24 faizi səs vermişdi.

Ukrayna prezident seçkisində iştirak etmək niyyətini Zelenski administrasiyasında müşavir olmuş Aleksey Arestoviç də bildirmişdi.

'Xarici agentlər haqqında' qanun yenidən Gürcüstan parlamentində...

Mamuka Mdinaradze
Mamuka Mdinaradze

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyası yenidən xarici agentlərlə bağlı qanun layihəsini parlamentə təqdim edəcək.

Bunu bu partiyanın parlamentdəki fraksiyasının lideri Mamuka Mdinaradze deyib .

Ötən il Gürcüstan parlamenti kütləvi etirazlardan sonra xarici agentlərlə bağlı qanun layihəsini rədd etmişdi. Mdinaradzenin sözlərinə görə, hazırkı qanun layihəsinin mətni eyni olacaq, yalnız "xarici təsir agenti" ifadəsi "xarici ölkənin maraqlarını həyata keçirən təşkilat" ifadəsi ilə əvəz olunacaq.

O vurğulayıb ki, qanun layihəsinin yeganə tələbi xaricdən maliyyə alan təşkilatların illik maliyyə hesabatlarını dərc etmələridir. Fraksiya lideri deyib ki, layihədə bu tələbin pozulmasına görə yalnız cərimə nəzərdə tutulur.

"Keçən il bizim yeganə günahımız ünsiyyətlə bağlı problemlər idi... Ola bilsin, çoxları bunu indi eşidirlər, mən yalnız bəyan etmək öhdəliyindən danışıram", - Mdinaradze bildirib .

Onun sözlərinə görə, qanun layihəsi parlamentin yaz sessiyası başa çatana qədər hər üç oxunuşda qəbul olunacaq.

"Gürcü arzusu" xarici agentlər haqqında qanun layihəsini ilk dəfə 2023-cü ilin fevralında təqdim etmişdi. Buna cavab olaraq ölkə boyu kütləvi etiraz aksiyaları başlamışdı. Həmin ilin martında Gürcüstan parlamenti qanun layihəsini rədd edib. Etirazlarda vurğulanırdı ki, layihə vətəndaş cəmiyyətinə, ölkənin Qərbə inteqrasiyasına qarşı yönəlib.

Tayvanda son 25 ilin ən güclü zəlzələsi [Videolar]

Tayvanın şərqindəki Hualyan şəhərində çökən bina
Tayvanın şərqindəki Hualyan şəhərində çökən bina

Aprelin 3-ü səhər saatlarında - Bakı vaxtı ilə 03:58-də Tayvanın şərq sahili yaxınlığında, Sakit okeanda 7.7 bal gücündə zəlzələ qeydə alınıb.

Hündürlüyü 3 m-ə çatan sunami təhlükəsi elan edilib.

Bunun son 25 ildə Tayvanda ən güclü zəlzələ olduğu bildirilir.

15 dəqiqə sonra da 6.6 bal gücündə ikinci zəlzələ baş verib.

Ümumilikdə, Tayvan Yanğınsöndürmə Xidmətinin məlumatına görə, bu adada maqnitudası 4-dən çox olan 11-dən çox yeraltı təkan qeydə alınıb.

Son məlumatlara görə, yeddi nəfər ölüb, 700-dən çox insan xəsarət alıb. Xilasedicilər dağıntılar altında 77 nəfərin qala biləcəyini bildirirlər.

Vahid Ələkbərov 'Forbes'in zəngin rusiyalılar siyahısında başdadır

Vahid Ələkbərov
Vahid Ələkbərov

"Forbes" jurnalı "Lukoil" neft şirkətinin təsisçisi Vahid Ələkbərovu rusiyalı iş adamları arasında ən varlı kimi tanıdıb.

Ekspertlərin fikrincə, onun sərvəti son bir ildə 8.1 milyard dollar artaraq 28.6 milyard dollara yüksəlib.

Zənginlərlə bağlı Rusiyanın yenilənmiş reytinqində milyarder Ələkbərov beş pillə yüksələrək tarixdə ilk dəfə birinci yeri tutub, - "Forbes" vurğulayır.

Milyarderlərin qlobal reytinqində "Lukoil"un təsisçisi hazırda 59-cu yerdədir.

Rusiya zənginləri arasında ötənilki lider, "EuroChem" və SUEK-in təsisçisi Andrey Melniçenko indi yeddinci sayılır. Onun il ərzində 4.1 milyard dollar itirdiyi, sərvətinin indi cəmi 21.1 milyard dollar olduğu bildirilir.

"Novatek"in İdarə Heyətinin sədri Leonid Mixelson həmin reytinqdə ikinci yerə yüksəlib. Hazırda "Forbes" onun sərvətini 27.4 milyard dollar qiymətləndirir, bu da bir il əvvəlkindən 5.8 milyard dollar çoxdur.

Rusiyalı milyarderin ilk üçlüyünü Vladimir Lisin qapayır - onun 26.6 milyard dolları var, bu da bir il əvvəl ilə müqayisədə 4.5 milyard dollar artıqdır.

25 milyarderinin sərvəti 18 milyard dollar artıb

25 ən varlı rusiyalı işadamının ümumi sərvətinin 2024-cü ilin əvvəlindən 18.3 milyard dollar artdığı qeyd edilir.

Bütün bu hesablamaları "Vedomosti" qəzeti "Bloomberg Billionaires Index" reytinqinə əsasən aparıb .

Reytinq üzvlərinin ümumi sərvəti 344.37 milyard dollar dəyərləndirilib. Reytinqə əsasən, ilin əvvəlindən ən çox varlanan "EuroChem"in həmtəsisçisi Andrey Melniçenko, "Severstal"ın əsas səhmdarı Aleksey Mordaşov və Novolipetsk Metallurgiya Zavodunun həmsahibi Vladimir Lisin olublar. Onların sərvəti, müvafiq olaraq, 5.29, 3.75 və 2.91 milyard dollar artıb.

2022-ci ildə "Bloomberg" reytinqinə daxil olan ən zəngin rusiyalıların ümumi sərvətinin 93.753 milyard dollar azaldığı bildirilmişdi. Buna səbəb onlara və Rusiya iqtisadiyyatına (Ukraynaya təcavüzlə bağlı) tətbiq edilən beynəlxalq sanksiyalar göstərilirdi.

Qırğızıstanda 'xarici agentlər' haqqında qanun qəbul edildi

Sadır Japarov
Sadır Japarov

Qırğızıstan prezidenti Sadır Japarov Rusiyanın "Xarici agentlər haqqında" qanunundan geniş formada köçürüldüyü bildirilən "Xarici nümayəndələr haqqında" qanunu imzalayıb. O, bu barədə Facebook səhifəsində məlumat verib .

Japarovun sözlərinə görə, yerli qeyri-hökumət təşkilatları (QHT) və onların xarici tərəfdaşları "xarici dövlətin agenti kimi" təqib olunmaqdan qorxub ondan bu qanunu imzalamamağı xahiş ediblər. O bildirib ki, bu, yalandır və qanunun qəbulu aşkarlığın artırılması üçün lazımdır.

"Dövlət başçısı kimi təqiblərin olmayacağına zəmanət verirəm. Biz nüvə ölkəsi deyilik. Biz hələ kosmosa uçmaq fikrində deyilik. Dövlətimizin sizdən və donorlarınızdan gizlədilməli heç bir sirri yoxdur", - Japarov yazıb.

Qanun layihəsi qeyri-kommersiya təşkilatları üzərində dövlət nəzarətini gücləndirməyə imkan verir. Sənədə əsasən, xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan QHT-lər "xarici nümayəndə" elan edilərək xüsusi reyestrə salınacaq.

Belə QHT-lərdən Qırğızıstan hökumətinə əlavə hesabatlar vermələri tələb olunacaq, onlar plandankənar yoxlamalara məruz qala biləcəklər. Bundan əlavə, "xarici nümayəndələr" öz nəşrlərini Rusiyadakına oxşar işarə ilə müşayiət etməli olacaqlar.

Qanunun zərurətini əsaslandıran onun əsas dəstəkçisi deputat Nadira Narmatova bildirib ki, QHT-lər hər il layihələri üçün qrant alırlar, lakin onları nəyə xərclədikləri barədə hesabat vermirlər.

Kütləvi İnformasiya Vasitələrinin (KİV) hesablamalarına görə, qanun layihəsinin təqribən 70 faizi Rusiya qanunvericiliyindən köçürülüb, onun orijinal variantında cinayət məsuliyyəti haqqında müddəa olub, lakin sonradan çıxarılıb.

Bundan əvvəl fəallar, beynəlxalq təşkilatlar, o cümlədən "Human Rights Watch" və "Amnesty İnternational" qanun layihəsini tənqid edərək onun qəbul olunmamasına çağırıblar. Onlar bildiriblər ki, qanun Qırğızıstandakı əksər QHT-lərin bağlanmasına və beynəlxalq donorların ölkəni tərk etməsinə səbəb ola bilər.

Rusiyada "xarici agentlər" haqqında ilk qanun 2012-ci ildə qəbul edilib. Uzun müddətdir ki, reyestr yavaş-yavaş doldurulurdu, lakin Rusiyanın Ukraynaya təcavüzündən (2022-ci il) bir qədər əvvəl repressiyalar güclənib. Hazırda Rusiya hakimiyyəti qanunda tərifi çox qeyri-müəyyən olan "xarici təsir" altında olan hər kəsi xarici agent elan edə bilər.

Rusiya reyestrinə 570-dən çox "xarici agent" daxildir: fiziki şəxslər, media, QHT və hərəkatlar. Onların Rusiyada hüquqları məhduddur.

Keçən il Gürcüstan "xarici agentlər" haqqında öz qanununu qəbul etmək istəyirdi. Lakin kütləvi etirazlardan sonra Gürcüstan parlamenti bunu rədd etdi.

İranın iki generalı həlak olub

Briqada generalı Məhəmməd Rza Zahedi
Briqada generalı Məhəmməd Rza Zahedi

İsrailin Dəməşqdə İran səfirliyinə hücumu nəticəsində bu ölkənin İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı həlak olub.

ISNA-nın xəbərinə görə, ölənlər arasında İran xüsusi təyinatlıları – "Əl-Qüds" qüvvələrinin komandirlərindən biri, briqada generalı Məhəmməd Rza Zahedi, onun müavini - briqada generalı Məhəmməd Hadi Rəhimi və onların beş həmkarı da var. İranda onları Suriyada hərbi məsləhətçi adlandırırdılar.

Dağılmış konsulluq binası səfirliyə bitişik olub
Dağılmış konsulluq binası səfirliyə bitişik olub

Yerli vaxtla saat 17:00 radələrində endirilən zərbənin səfirliyin konsulluq şöbəsinin binasına dəydiyi bildirilir. Hadisə yerindən çəkilən fotolarda binanın tamamilə dağıldığı görünür.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian olayı "bütün mümkün beynəlxalq konvensiyaların pozulması" adlandırıb. Nazirliyin sözçüsü Nasir Kənani bildirib ki, "Tehran hücuma cavab tədbirləri görmək hüququnu özündə saxlayır".

İsrail hücumu şərh etməyib.

2020-ci ildə "Əl-Qüds" qüvvələrinin rəhbəri general Qasım Süleymani ABŞ-nin raket hücumu nəticəsində Bağdadda öldürülüb. Bu, regionda vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb oldu. İranyönlü qruplar bir neçə dəfə ABŞ hərbi bazalarına hücum etdi. Tehran İranın nüvə proqramını beynəlxalq nəzarət altına alan razılaşmadan imtina etdi.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın siyasəti və iqtisadiyyatı üzərində əhəmiyyətli təsirinin olduğu bildirilir. Formal olaraq ordunun bir hissəsi olan korpusun öz qoşunları, o cümlədən hava və dəniz qüvvələri var. Qurum İranın raket proqramına nəzarət edir və ölkə prezidentinə deyil, onun ali dini rəhbəri Əli Xameneiyə tabedir.

ABŞ SEPAH-ı terror təşkilatı elan edib.

General Məhəmməd Rza Zahidinin adı BMT-nin İranın 15 yüksək rütbəli hərbi və siyasi xadimindən ibarət "qara siyahısı"na daxil edilib. Onlar Tehranın nüvə və raket proqramlarının inkişafında iştirakda şübhəli bilinirlər.

Rusiyada AzadlıqRadiosu müxbirinin həbs müddəti yenə artırıldı

Alsu Kurmaşeva məhkəmədə
Alsu Kurmaşeva məhkəmədə

Rusiyanın Kazan şəhərində məhkəmə AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin müxbiri Alsu Kurmaşevanın həbs müddətini iyunun 5-dək uzatmaq barədə qərar qəbul edib.

Xəbər verilir ki, həbs müddətinin uzadılmasında istintaq israr edib. Kurmaşevanın vəkilləri onun barəsində həbs qətimkan tədbirinin ev məhbusluğu ilə əvəzlənməsi üçün vəsatət qaldrmışdılar. Lakin hakim bu vəsatəti rədd edbib.

Alsu Kurmaşeva artıq 167 gündür ki, təcridxanadadır.

Jurnalistin doğmaları – onun həyat yoldaşı, iki qızı və AzadlıqRadiosu CurremtTime kanalının direktoru Pavel Butorin martın əvvəllərində Vaşinqtonda Dövlət Departamentinin, Konqresin və Milli Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşüblər.

Pavel Butorin bu barədə deyib:

"Biz qızlarla Vaşinqtona bu görüşün nə nəticə verəcəyini bilmədən gəlmişdik, amma indi ABŞ hökumətinin və söz azadlığı müdafiəçilərinin Alsunu dəstəkləyəcəyinə və onun azad edilməsi uğrunda mübarizə aparacaqlarına əminliklə qayıdırıq. Biz ümid edirik ki, Dövlət Departamenti Alsunu tezliklə “qanunsuz saxlanmış” şəxs elan edəcək və onun azadlığının təminatı üçün ABŞ hökumətinin resurslarına çıxışı olacaq. O heç bir pis iş görməyib. Onu yalnız amerikalı olduğuna görə buraxmırlar”.

Bundan əvvəl

AzadlıqRadiosunda 25 ildir ki, çalışan Kurmaşeva ötən il mayın ortalarında doğmalarından birinə görə təcili olaraq Çexiya paytaxtından Tatarıstana gəlmişdi.

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.

Bir neçə gündən sonra jurnalistə qarşı “ikinci vətəndaşlığını bəyan etməmək” ittihamı ilə cinayət işi açılmışdı.

O vaxt Alsudan Rusiyanı tərk etməməsinə dair yazılı iltizam almışdılar.

Bu işin istintaqı aylarla uzanmış və nəhayət Kazan məhkəməsi onu təqsirli bilmiş və 10 min rubl (100 dollar) cərimə etmişdi.

Bu hökmün çıxarılmasından bir həftə sonra, oktyabrın 18-də jurnalisti yenidən saxlamışdılar.

Rusiyanın İstintaq Komitəsi oktyabrın 26-da Alsu Kurmaşevaya qarşı rəsmi ittiham irəli sürmüşdü.

Jurnalist xarici agent kimi qeydiyyatdan keçmək vəzifəsini yerinə yetirməməkdə ittiham edilirdi.

Mirzoyan: Ermənistan hələlik NATO-ya daxil olmaq istəmir

Ararat Mirozyan
Ararat Mirozyan

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Argentinanın "Todos Noticias" telekanalına bildirib ki, ölkəsinin gündəmində hazırda Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlük məsələsi yoxdur.

Jurnalist xüsusən də Ermənistanın NATO ilə daha sıx əlaqələr qurmağa hazır olub-olmaması ilə maraqlanıb. Mirzoyan cavab verib ki, artıq əməkdaşlıq var: "Biz sülhməramlıların Əfqanıstandakı əməliyyatlarında iştirak edirdik, Kosovoda mövcudluğu artırırıq. Bu, əməkdaşlığın bir formasıdır".

Avropa İttifaqına (Aİ) gəlincə, nazir Mirzoyan vurğulayıb ki, erməni xalqı, həqiqətən də, Avropanı istəyir. O, Ermənistan baş nazirinin "Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər ona yaxın olmağa hazırdır" sözlərini xatırladıb.

Apreldə Ermənistan ilk dəfə olaraq Aİ ölkələrinin parlament sədrlərinin görüşündə iştirak edəcək.

İki həftə əvvəl Avropa Parlamenti Aİ ilə Ermənistan arasında münasibətlərə dair xüsusi qətnamə qəbul edib. O, Avropa Komissiyası və Aİ Şurasını Brüssellə əməkdaşlığı genişləndirməkdə Yerevanı dəstəkləməyə çağırıb.

Baş nazir Nikol Paşinyan o zaman siyasi və ictimai qüvvələri Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə reaksiya verməyə, Aİ-yə üzvlük gündəliyi ilə bağlı müzakirələrə başlamağa çağırmışdı.

Bununla belə, Milli Assambleyanın sədri ötən həftə bildirib ki, Ermənistan hazırda Aİ-yə üzvlük üçün ərizə verməyi nəzərdən keçirmir.

NATO-nun baş katibi Yens Stoltenberq təxminən 10 gün əvvəl Ermənistanda idi . Ermənistanın demokratik və islahatlar gündəliyindən danışan Stoltenberq Ermənistanla əməkdaşlığı da yüksək qiymətləndirib. Paşinyan isə qeyd edib ki, Yerevan NATO ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Türkiyədə ana müxalifət 35, hakim partiya 24 başqanlıq qazanıb

İstanbul meri Əkrəm İmamoğlu seçki gecəsi tərəfdarları qarşısında çıxış edir
İstanbul meri Əkrəm İmamoğlu seçki gecəsi tərəfdarları qarşısında çıxış edir

Türkiyədə yerli seçkilərin nəticələrinə görə, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri İstanbul və Ankara şəhərləri də daxil 35 yerdə bələdiyyə başqanı kürsüsünü əldə edib.

İstanbulun hazırkı bələdiyyə başçısı Əkrəm İmamoğlu 51.1 faiz səslə postunu qoruyub. O, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) ən yaxın rəqibini 11.5 faiz üstələyir.

"Deyə bilərəm ki, vətəndaşlarımızın bizə olan inamı mükafatlandırıldı", - İmamoğlu seçkinin nəticələrini şərh edərkən bildirib.

İstanbul Türkiyənin ən böyük şəhəridir, orada təxminən 16 milyon insan yaşayır. Rəcəb Tayyib Ərdoğan ötənilki prezident seçkilərində qələbədən və müxalifət koalisiyasının dağılmasından sonra İstanbulu AKP-nin nəzarətinə qaytaracağına ümid edirdi.

Ankaranın bələdiyyə başqanı, CHP-dən olan Mənsur Yavaş da postunu qoruyub saxlayır. Paytaxt seçicilərinin, demək olar, 60.4 faizi ona səs verib. İmamoğlu kimi, Yavaş da Ərdoğanın iştirak etməyəcəyini söylədiyi 2028-ci il seçkilərində potensial prezidentliyə namizəd kimi görünür.

Ümumilikdə CHP 81 bölgədən 35-ni qazanıb: İstanbul və Ankaradan başqa, bunlar şimal, qərb və cənub vilayətləridir. Hakim AKP 24 kreslo alacaq - əsasən Türkiyənin mərkəzində. Kürdyönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndələri cənub-şərqdəki 10 əyalətdə bələdiyyə sədri olacaqlar. Daha səkkiz mer postu ifrat sağçı Milliyyətçi Hərəkat Partiyasına (MHP) keçir. Bu partiya hakim AKP ilə bir ittifaqa daxildir.

"Təəssüf ki, yerli seçkilərdə istədiyimiz və ümid etdiyimiz nəticəni ala bilmədik", - Ərdoğan aprelin 1-i, bazar ertəsi gecəsi seçkilərdən sonra ilk çıxışında bildirib.

Davamı

AzadlıqRadiosunda iş imkanları

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG