Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 11:12

Səfir: «Xankəndinə uçuşlar beynəlxalq hüquqa əsaslanmalıdır»


Təyyarə
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib ki, «Xankəndinə uçuşlarla bağlı qərar beynəlxalq hüquqa əsaslanmalıdır».

Səfir bunu Azərbaycan rəsmilərinin Xankəndində istifadəyə veriləcək hava limanına uçuşlar edəcək təyyarələrin vurulacağı barədə açıqlamalarına münasibət bildirərkən deyib.

H. Kılıç əlavə edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.
XS
SM
MD
LG