Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:56

Azərbaycan xəbərdarlıq edib ki, Xankəndinə uçan təyyarələr vurula bilər


Azərbaycan xəbərdarlıq edib ki, Xankəndində tikilən hava limanı açılsa ora uçan təyyarələr vurula bilər.

Xəbərdarlığa məhələ qoymayan Dağlıq Qarabağdakı separatçı rejim isə hava limanının nəzərdə tutulduğu kimi bu ilin mayında açılacağını bildirib.

Məlumatı Frans Press agentliyi yayıb.

ANS PRESS-in məlumatına görə isə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov jurnalistlərə bildirib ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan əraziləri üzərində digər dövlətlərin təyyarələrinin uçuşuna yol verməmək üçün qabaqlayıcı tədbirlər görür.

“Dövlət Mülki Aviasiya Administrasiyası hələ ötən ilin oktyabrında Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müvafiq məktub göndərib və xəbərdarlıq edib ki, Azərbaycan Qarabağ üzərində hava məkanını bağlayıb”, - deyə A. Məmmədov bildirib.

O qeyd edib ki , Azərbaycan Ermənistanın Dağlıq Qarabağda-işğal altında olan Xankəndində tikdiyi hava limanına enəcək təyyarələri məhv edə bilər.
“Aviasiya haqqında” qanuna əsasən, hətta ora düşən təyyarələrin fiziki məhvi də mümkündür”, - deyə A.Məmmədov vurğulayıb.

O qeyd edib ki, ICAO rəhbərliyi cavab məktubunda Azərbaycana gələcəkdə hər hansı hadisənin baş verməməsi üçün respublikanın bir sıra konvensiyalara qoşulmasını tövsiyə edib.

“Biz bu məsələnin Azərbaycanın Müdafiə Nazirliyi ilə razılaşdırdıqdan sonra ICAO-ya bir daha xəbərdarlıq etdik ki, Azərbaycan Dağlıq Qarabağ üzərində ölkənin Hərbi Hava Qüvvələrinin öhdəsində olan hava məkanını bağlayıb. Buna görə də biz ICAO-dan bu cür hadisələrin qarşısını almaq üçün qarşı tərəfə xəbərdarlıq etməyi xahiş etdik. ICAO-da bildirdi ki, Azərbaycanın məktubu Ermənistan tərəfinə çatdırılıb”, - deyə A.Məmmədov vurğulayıb.

Separatçı Dağlıq Qarabağ rejiminin lideri Bako Sahakiyan isə bildirib ki, Qarabağdakı erməni ordusu bu uçuşlara mane olmaq cəhdlərinə müvafiq cavab verəcək.
XS
SM
MD
LG