Naxçıvanın muxtariyyəti faktiki ləğv edildi — 'Referendum keçirilə bilər'
Prezident İlham Əliyevin müvafiq qərarları ilə Naxçıvanın muxtariyyət statusunun faktiki olaraq məhdudlaşdırılması prosesi yekunlaşıb. Bununla da Naxçıvan Muxtar Respublikası inzibati baxımdan birbaşa mərkəzi hakimiyyətə tabe edilib. Son dəyişiklikləri şərh edən siyasi təhlilçi Nəsimi Məmmədli vurğulayır ki, həm Azərbaycan, həm də Naxçıvan konstitusiyalarında muxtariyyət statusu hələ ki hüquqi olaraq qalmaqdadır. Amma inzibati idarəçilik artıq tamamilə Bakıya tabe etdirilib: "Nümayəndəlik yaradıldıqdan sonra Naxçıvanın muxtariyyət statusu formal xarakter almağa başladı. Hazırda Muxtar Respublikanın Ali Məclisi öz siyasi çəkisini əhəmiyyətli dərəcədə itirib. İstisna deyil ki, gələcəkdə ölkədə Konstitusiya referendumu keçirilsin və Naxçıvanın hüquqi statusu ilə səlahiyyət bölgüsü yenidən tənzimlənsin".
Arxiv
-
Noyabr 04, 2026Demokratlar qalib gəldi — Qafqazda nə dəyişəcək?
-
Oktyabr 29, 2026Bakı İranda Azərbaycan dilində təhsil məsələsini niyə indi qaldırır?
-
Oktyabr 24, 2026Ankara Yerevanla Bakısız barışa bilərmi?
-
Oktyabr 22, 2026Rusiya 300 min əsgər yığır: azərbaycanlıların qapısını da döyəcək?
-
Oktyabr 17, 2026Türkiyəni hicab narahat edir, həbslər yox — niyə?