Ankara Yerevanla Bakısız barışa bilərmi?
Türkiyə-Azərbaycan münasibətlərində regional yollar və İsrail faktoru üzündən yaranan gərginlik Ankaranın Ermənistanla sərhədləri aça biləcəyi müzakirəsini gündəmə gətirib. Xüsusilə Ərdoğan iqtidarına yaxın medianın "öz mənfəətlərimizi önə çəkməliyik" tezislərini irəli sürdüyü bir vaxtda siyasi ekspertlər bu rəqabətin pərdəarxasına diqqət çəkirlər. Onların fikrincə, Bakı-Ankara fikir ayrılığının kökündə qlobal güc rıçaqına çevrilən Orta Dəhlizə nəzarət uğrunda mübarizə və Bakının zamanlama taktikası dayanır.