İlham Əliyevə etimad 10 faiz azalıb – Rəsmi sorğuların görünməyən tərəfi
Medianın İnkişafı Agentliyinin rəy sorğusuna görə, respondentlərin təxminən 94 faizi prezidentin fəaliyyətini bəyənir, İlham Əliyevə ümumi etimad isə 88 faiz civarındadır. Halbuki üç il öncə Sosial Tədqiqatlar Mərkəzinin yaydığı hesabatda bu göstərici 98 faiz idi. Rəsmi statistika etimad reytinqində 10 faiz bəndlik ciddi bir geriləmə göstərsə də, müstəqil sosioloqlar avtoritar mühitdəki təzyiqləri əsas gətirərək bu rəqəmlərin nə dərəcədə etibarlı olduğunu sorğulayırlar.