Xamenei basdırılır: Azərbaycanlılar onu 'uğursuz lider' kimi xatırlayır
İran dörd aydan sonra keçmiş ali lideri Əli Xameneini dəfn edir. Xamenei fevralın sonunda ABŞ və İsrailin birgə zərbəsi ilə həlak olmuşdu. Onun 40 illik hakimiyyəti dini rejimin möhkəmlənməsi, amma eyni zamanda dərin böhranlarla yadda qaldı. Azərbaycanlı fəal Mahmud Bilgin bildirir ki, Xamenei insan hüquqları, mədəniyyət və iqtisadiyyat baxımından uğursuz lider olub. Onun dövründə İran Azərbaycanında sənaye və kənd təsərrüfatı tənəzzül edib: "Sosial rifahın kəskin pisləşməsi fonunda yerli işçi qüvvəsi iş tapmaq üçün digər fars bölgələrinə köç etmək məcburiyyətində qaldı".
Arxiv
-
Oktyabr 22, 2026Binalarda qaz yox, elektrik olacaq – İki yeni xərc gəlir
-
Oktyabr 21, 2026İrandan Naxçıvana yol — sanksiyalar mane ola bilər?
-
Oktyabr 21, 2026Universitetlərin Bakıdan köçürülməsi tıxacları bitirə bilərmi?