Futbol eksperti: 'Azərbaycan Asiyada da autsayder olardı' – Bəs Özbəkistan niyə mundiala çıxdı?
Özbəkistan postsovet məkanında dünya çempionatına vəsiqə qazanan yeganə ölkədir. Azərbaycandan fərqli olaraq, Özbəkistan rəqabətin nisbətən zəif olduğu Asiya zonasında mübarizə aparır. Avropa təsnifat mərhələsində çıxış edən Azərbaycan daha güclü rəqiblərlə üz-üzə gəlir. İdman eksperti Natiq Muxtarlı mövzu ilə bağlı fikirlərini belə bölüşüb: "Sual yaranır: Azərbaycan Asiyada, Özbəkistanın yerində olsaydı, dünya çempionatına qatıla bilərdimi? Qətiyyən mümkün deyildi. Bu heyət və oyunçu potensialı ilə Azərbaycan Asiyada da autsayderlər sırasında yer alardı".