Naxçıvan yolu neçə ilə tikiləcək? — 'Paşinyanın hakimiyyətdə qalması belə bəs etmir...'
Yerevandakı Regional Araşdırmalar Mərkəzinin tədqiqatçısı Emili Freyzer AzadlıqRadiosuna bildirib ki, TRIPP layihəsinin icrasına 2026-cı ilin ikinci yarısında başlanılacaq. Onun sözlərinə görə, ABŞ-nin institusional dəstəyi prosesi sürətləndirə bilsə də, gecikmə riskləri hələ də qalmaqdadır. Ekspert bunu xüsusilə Bakı ilə Yerevan arasında sülh sazişinin hələ imzalanmaması ilə əlaqələndirir. Siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, regiondakı Rusiya-Ukrayna və ABŞ-İran qarşıdurmalarının nəticələri bu layihəyə təsirsiz ötüşməyəcək: "Burada hətta Paşinyan hakimiyyətinin qorunub saxlanması belə həlledici amil olmaya bilər. Çünki TRIPP qısamüddətli olmasa da, ən azı orta müddətli perspektivdir və bu layihələrin reallaşması üçün illər tələb olunur."
Arxiv
-
Oktyabr 16, 2026Başqa prezident görməyən nəsil: Dünyanın 'ən stajlı' liderləri
-
Sentyabr 11, 2026Dünyanı dəyişən 11 Sentyabr görüntüləri
-
Sentyabr 02, 2026Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?
-
Sentyabr 01, 2026Ermənistanla Hindistan birgə raket istehsal edə bilər
-
Avqust 10, 2026Üçtərəfli müdafiə paktı: Yaxın Şərqdə İranın əl-qolu bağlanır?