Türkiyə hara gedir? – 'Ərdoğanın istəyi xaos yaratmaqdır'
Türkiyədə polis Cümhuriyyət Xalq Partiyasının (CHP) ofisinə daxil olaraq Özgür Özəli və tərəfdarlarını oradan çıxarıb. Bu hadisə məhkəmə qərarı ilə Kamal Kılıçdaroğlunun partiya sədrliyinə qaytarılmasından bir neçə gün sonra baş verib. Türkiyəli siyasi şərhçi Turqut Tuncel Kərəm bildirir ki, iqtidarın əsas məqsədi ana müxalifət partiyası olan CHP-də xaos yaratmaq, daxili çəkişmələri alovlandırmaq və partiyanı idarəolunmaz vəziyyətə salmaqdır: "AKP cəmiyyətdə əvvəlki kimi konsensus yarada bilmir və artıq 50 faizlik seçici dəstəyinə nail olmaqda çətinlik çəkir. Elə bu səbəbdən də CHP-də yaranan xaos AKP-nin hesablamadığı yeni problemlərə yol aça bilər. Ən vacib məqam isə odur ki, cəmiyyətdəki etiraz enerjisi daha real və güclü bir müxalifəti ortaya çıxaracaq şəkildə böyüyə bilər".